Accessibility links

Kanadanın əsas xəbər kanallarından biri olan Torontonun “CityNews” kanalı ötən həftə gecə saat 11-də xəbər aparıcılığını 29 yaşlı jurnalist Ginella Massaya tapşırıb.

KANADADA İLK DƏFƏ

Yeni aparıcı maraqla qarşılanıb. İlk yayımdan sonra Massa “Twitter”də belə yazıb: "Bu gecə təkcə məndən ötrü əhəmiyyətli deyildi. Düşünmürəm ki, öncə nə vaxtsa Kanadada hicablı qadın xəbərlər proqramını aparıb".

Massa-nın sözlərinə görə, o, 2015-ci ildə Ontario əyalətinin Kitçener şəhərində “CTV News”a reportajlar hazırlayanda Kanadanın ilk hicablı reportyoru olmuşdu.

Bu ilin fevralında o, yenidən Torontoya qayıdaraq “CityNews” kanalında reportyorluq edir.

Massa deyir ki, xəbər aparıcılığına başlamağı karyerasında irəliyə addım olduğunu anlasa da, onun hicab geyinməsini ilk dəfə redaktoru vurğulayıb.

"Redaktorum dedi: "Ey, afərin! Deyəsən, axı, bu, Kanadada ilk dəfə idi? Hicablı qadın?" Mən də dedim, ‘elədir’. Sonra da bu barədə ‘Twitter’də yazdım", – o deyir.

HİCABA GÖRƏ EFİRƏ ÇIXA BİLMƏYƏNLƏR

"Bunun vacibliyini bilirdim. Bu qədər reaksiya gözləmirdim. Ötən həftəboyu telefonum susmayıb".

Sosial media istifadəçiləri Massa-nı alqışlayıblar. Ancaq jurnalist, özəlliklə də “Twitter”də mənfi şərhlərlə də üzləşib.

"Mən ABŞ-da jurnalist olan, kadr arxasında çalışan bir çox qadınlarla danışmışam. Onlar mənə efirə çıxmaqda çoxlu maneələrlə qarşılaşdıqlarını deyirlər", – Massa deyir.

"Onlara deyilib ki, hicablı olduqlarından efirə çıxmayacaqlar. Bu, məni çox təəssüfləndirir. Çünki kiminsə, ictimaiyyətin nəyi necə qarşılayacağı barədə subyektiv fikri onları irəli getməyə qoymur", – o deyir.

ƏSL ARZUSU

"Mən həmişə yayım, yaxud mediada hər hansı bir işdə çalışmaq istəmişəm. Əsl arzum kamera qarşısında olmaq idi. Ancaq ürəyimdə hicabla o qədər də qabağa gedə bilməyəcəyimdən narahat idim", – deyə jurnalist qeyd edir

"Seneka Kollecinə (Torontoda yerləşən ali məktəb - tərc.) daxil olana qədər bunun karyeraya çevriləcəyinə o qədər də inanmırdım. Elə oldu ki, ilk praktikama xəbər otağında başladım.

Anladım ki, bu, mənim öhdəsindən yaxşı gələ biləcəyim bir işdir. Bu da mən, həqiqətən, çox çalışmağa həvəsləndirdi. Ümid edirdim ki, kimsə hicabıma məhəl qoymadan mənə bacarıqlarımı göstərmək şansı verər", – deyir Ginella Massa.

XS
SM
MD
LG