Accessibility links

Kanadanın baş nazirinin Hindistana rəsmi səfəri başlayır


Kanadanın baş naziri Castin Trudo şənbə günü Hindistana gedib. Bir həftə davam edəcək rəsmi səfərin məqsədi iki ölkə arasında biznes münasibətlərinin gücləndirilməsidir.

Bununla bərabər, Trudo və Hindistanın baş naziri Narendra Modi arasında mülki nüvə, fəza, müdafiə, enerji və təhsil sahələrində əməkdaşlıq imkanlarının da müzakirə ediləcəyi gözlənilir.

Trudo Dehlinin İndira Qandi Beynəlxalq Hava Limanından kənd təsərrüfatı naziri Qajendra Sinq Şexavar tərəfindən qarşılanıb. Rəsmi mərasim 23 fevral tarixində Modi ilə danışıqlardan öncə keçiriləcək. Hindistanın baş naziri Kanadaya 2015-ci il aprel ayında səfər etmişdi.

Kanadanın, təxminələrə görə, 1.4 milyon Hindistan əsilli vətəndaşı var.

Səfər zaman Trudo Mumbay şəhərində yüksək səviyyəli biznes liderlərlə görüşlər keçirəcək, o cümlədən Tac Mahal, Qızıl Məbəd və Cama məscidi kimi Hindistanın tarixi məkanlarını ziyarət edəcək.

Keçən ay Davos şəhərində keçirilən görüşlər zamanı, prezident Donald Trampın idxal üçün yeni tariflərin dəstəklədiyi bir vaxt, Trudo və Modi qlobal iqtisadiyyatda proteksionalizm meylinə qarşı sərt mövqe ortaya qoymuşdular.

2017-ci ildə Kanada və Hindistan arasında ticarət münasibətlərinin həcmi 8.4 milyard dollar təşkil edib.

Kanadanın Hindistandan idxal etdiyi əsas məhsullar incilər, orqanik kimyəvi məhsullar, əczaçılıq məhsulları, tekstil, velosipedlər, motosikletlərdir. Hindistan isə öz növbəsində Kanadadan, tərəvəz, kağız, gübrə, dəmir, polad və dəyərli daşlar idxal edir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG