Accessibility links

Kanada marixuananı qanuniləşdirib


Kanadada 17 oktyabr tarixindən etibarən marixuananın əyləncə üçün istifadəsini qanuniləşdirilib.

Bu elan Kanada parlamentinin hər iki palatasının marixuanın əyləncə məqsədləri üçün istifadə edilməsinin lehinə qərarından sonra verilib. Beləliklə, Kanada Böyük Yeddilik arasında bu qərarı verən ilk ölkə, dünya ölkələri arasında Uruqvaydan sonra ikinci ölkədir.

Baş nazir Castin Trudo parlament səsverməsini alqışlayıb. “Bizim uşaqlar üçün marixuana əldə etmək, cinayətkar üçünsə bundan gəlir qazanmaq çox asan idi” - deyə o, Twitter vasitəsilə bildirib.

Qonşu Birləşmiş Ştatların doqquz ştatında və paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya Mahalında marixuana istifadəsi qanuniləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG