Accessibility links

Kanadada neft tankerinin qəzası ilə bağlı təhqiqat davam edir


Müstəntiqlər Kanadanın Quebek bölgəsindəki kiçik qəsəbədə neft tankerinin relsdən çıxması nəticəsində baş vermiş partlayışın səbəblərini araşdırır.

Kanadanın nəqliyyat təhlükəsizliyi agentliyinin rəsmisi Ronald Ross bildirib ki, lokomotivin beş vaqonundan birində ilk olaraq yanğının başlaması təhqiqatın diqqət mərkəzindədir . Yanğın qısa müddət ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Montreal, Maine və Atlantik dəmir yolları şəbəkəsinin başçısı Ed Burkhardt yanğınsöndürənlərin əvvəlcə lokal yanğını söndürən zaman birinci lokomotivin mühərrikini söndürüb əyləci buraxdığını deyib. Burkhardt qəzaya səbəb bunu olaraq göstərib.

Qatar qəsəbəyə doğru eniş boyu hərəkət etdiyi zaman relsdən çıxıb və bundan sonra partlayış baş verib. Hadisə nəticəsində 13 nəfər həlak olub və 37 nəfər itkin düşüb.
XS
SM
MD
LG