Accessibility links

ABŞ və Kanada ticarət razılığı əldə etdi


Son anda keçirilən intensiv danışıqlardan sonra ABŞ və Kanada rəsmiləri bazar günü axşam Şimali Amerika Azad Ticarət Sazişini Meksika ilə əldə edilmiş yeni üçtərəfli ticarət sazişi ilə əvəz etməyə razılaşdıqlarını elan etdi.

Yeni ABŞ-Meksika-Kanada razılığının prezident Donald Tramp və onun kanadalı və meksikalı həmkarları tərəfindən 60 gün ərzində imzalanacağı gözlənilir.

ABŞ-ın Kanada ilə əldə etdiyi razılıq amerikalıların Kanada süd məhsulları bazarına çıxış əldə etmələrinə imkan yaradacaq, eyni zamanda kanadalıları mümkün ABŞ avtomobil tariflərindən qoruyacaq.

Tramp 2016-cı ilə prezident seçkiləri kampaniyasında NAFTA razılığını tənqid hədəfinə çevirərək, bunu tarixdə ən pis ticarət razılığı adlandırıb.

Tramp Amerikada istehsalat sahələrində iş yerlərinin itirilməsinin səbəbini bu razılıqla əlaqələndirir və davamlı şəkildə 1994-cü ildə, Klinton administrasiyası dövründə imzalanan bu razılığı pozacağı ilə hədələyib.

Üç ölkə biri-biri ilə hər il 1 trilyon dollar dəyərində ticarət aparır.

ABŞ Konqresinin yeni, USMCA razılığını gələn il müzakirə edəcəyi gözlənilir.

XS
SM
MD
LG