Accessibility links

Kanadada meşə yanğınları səngimir, 39 min insan evakuasiya edilib


Kanadanın İctimai Təhlükəsizlik naziri Ralf Qudeyl bazar ertəsi verdiyi bəyanatda bildirib ki, Britaniya Kolumbiyası adlanan ərazidə 39 min insanın evini tərk etmək məcburiyyətində qaldığı yanğının qarşısını almaq üçün Kanada höküməti əraziyə hərbi təyyarələr göndərib. Bununla yanaşı yanğınla mübarizəyə kömək məqsədilə Avstraliya Kanadaya 50 nəfər yanğınsöndürən yollayıb.

Qudeyl jurnalistlərə bildirib ki, əyalət hökuməti yanğınla mübarizə aparmaq üçün federal hökumətdən iki hərbi yardım tələb edib.

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, ordu hadisə yerində evakuasiya və nəqliyyata kömək etmək üçün iki təyyarə və beş vertolyot göndərib.

Britaniya Kolumbiyasının Meşə, Torpaq və Təbii Sərvətlər Nazirliyinin bildirdiyinə görə, keçən həftə ərzində ərazidən evakuasiya olunan insanların sayı 14 mindən 39 minə qalxıb.

İsti hava, güclü küləklər və ildırım yanğının yayılma sürətini daha da atırdığı üçün yerli hakimiyyət bölgədə fövqəladə vəziyyət elan edib.

Xeyli sayda sakin yanğından xilas ola bilsinlər deyə götürə biləcəkləri vacib şeyləri götürüb, yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalıblar.

Kanadanın Qırmızı Xaş Cəmiyyəti evlərini tərk etmiş insanları zəruri ərzaq və yataqla təmin edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG