Accessibility links

Azərbaycan pavilyonu 69-cu Kann Beynəlxalq Film Festivalında


Azərbaycan pavilyonu 69-cu Kann Beynəlxalq Film Festivalında
Azərbaycan pavilyonu 69-cu Kann Beynəlxalq Film Festivalında

Mayın 11-22 may tarixlərində Fransada 69-cu Kann Beynəlxalq Film Festivalı keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə 2011-ci ildən başlayaraq artıq altıncı ildir ki, sözügedən festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan kinosu pavilyonu təşkil olunur.

Məlumatda deyilir ki,bu il dünyanın ən nüfuzlu kino tədbirində Azərbaycan kinosunu Nazirliyin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nümayəndələri, eləcə də rejissor və prodüser İlqar Nəcəf, ssenarist və rejissor Asif Rüstəmov təmsil edirlər.

“Azərbaycanfilm” kinostudiyası bu ildə Kann kino bazarına “Qırmızı bağ”, “İçəri şəhər”, “Yarımçıq xatirələr”, “4.1 Şəhər motivləri”, “Keçmişdən məktublar”, “Həddən artıq uyğunluq” və “Xeyirlə Şərin rəqsi” bədii filmlərini təqdim etmiş, filmlər dünyanın yüzə qədər ölkəsindən gəlmiş distribyutor şirkətlərinin diqqətinə çatdırılıb.

Eyni zamanda, istehsalın müxtəlif mərhələlərində olan “Üç gün və bir ömür”, “Nar bağı”, “Köşk” bədii filmləri kino bazarın xüsusi bölməsinin iştirakçılarıdır.

Festival çərçivəsində dünya kino sənayesinin tanınmış nümayəndələri ilə öncədən razılaşdırılmış cədvəl üzrə işgüzar görüşlər həyata keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG