Accessibility links

"Adelin həyatı" Kann kino-festivalının qalibi oldu


Cast members Lea Seydoux (R) and Adele Exarchopoulos attend a photocall for the film "La Vie D'Adele" during the 66th Cannes Film Festival in Cannes, France, May 23, 2013.
Cast members Lea Seydoux (R) and Adele Exarchopoulos attend a photocall for the film "La Vie D'Adele" during the 66th Cannes Film Festival in Cannes, France, May 23, 2013.
66-cı Kann kino-festivalında Fransa rejissoru Abdelatif Keshishinin çəkdiyi "Adelin həyatı” adlı kino-film "Qızıl Palma" mükafatına layiq görülüb.

Dünya ekranlarında “Mavi ən mülayim rəngdir” adı ilə tanınan iki qızın məhəbbərinə həsr edilmiş film festivalın müsabiqəsində müzakirələrə ən çox səbəb olan kino-film olub. Filmin baş qəhrəmanı olan 17 yaşlı Adel uşaqları sevir və gələcəkdə müəllim olmaq istəyir. 18 yaşının tamam olmasına az qalmış bir vaxt Adel saçları mavi rəngə boyanmış bir qızla tanış olur və onu sevməyə başlayır. Film Fransa yazıçısı Jüli Maronun “Mavi Mələk” adlı kitabının motivləri əsasında çəkilib.

66-cı Kann kino-festivalı bu il mayın 15-dən 26-dək keçirilirdi. Festivalın münsiflər heyətinin mühakiməsinə 20 ekran əsəri çıxarılmışdı. Qalibləri müəyyən edən münsiflər heyətinə kino-rejissor Stiven Spilberg sədrlik edirdi.

Festival Leonardo Dikaprionun baş rolda çəkildiyi rejissor Baz Lurmanın "Böyük Getsby" filmi açılmış və rejissor Jerome Sallenin "Zulu" filmi ilə başa çatmışdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG