Accessibility links

Kannda Böyük İyirmiliyin sammiti keçirilir


Kannda Böyük İyirmiliyin sammiti keçirilir
Kannda Böyük İyirmiliyin sammiti keçirilir

Dünyanın iqtisadi baxımdan aparıcı ölkələrinin liderləri Fransanın kurort şəhəri Kannda qlobal iqtisadi problemlər, Avropanın borc böhranı və Yunanıstana kreditlər verilməsi məsələlərini müzakirə edir. Ağ Evin bildirdiyinə görə, Avropa liderləri Yunanıstanın siyasi qarşıdurmasından asılı olmayaraq, borc böhranının həlli sahəsində fəlaiyyətlərin davam etdirilməsi barədə razılıq əldə ediblər.
Avropa ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikola Sakozi ilə ayrı-ayrı görüşlər keçirib. Obama deyib ki, Avropa İttifaqı problemlərin həlli yolunda ciddi addımlar atıb, lakin dünyanın inkişaf etmiş və inkişaf etmıkdə olan ölkələri əhatəli strategiya qəbul etməklə böhranı həll edə bilər. Görüş zamanı ötən il sammitində qəbul edilən işsizliklə mübarizə və iqtisadi artımla bağlı qərarların verdiyi nəticələr də gündəmə gətiiriləcək.

XS
SM
MD
LG