Accessibility links

Obama və Putin dünyanın ən nüfuzlu insanlarıdır


Obama və Putin dünyanın ən nüfuzlu insanlarıdır
Obama və Putin dünyanın ən nüfuzlu insanlarıdır

Forbs jurnalı 2011-ci ildə dünyanın ən nüfuzlu adamlarının siyahısını açıqlayıb. ABŞ prezidenti Barak Obama, Rusiyanın Baş naziri Vladimir Putin və Çin prezidenti Hu Tsintao dünyanın ən nüfuzlu adamlarının siyahısında birinci üç yerdə göstərilir.

Prezident Obamanın hazırda ABŞ-da işsizlik səviyyəsinin yüksək olması ilə əlaqədar reytinqinin o qədər yüksək olmamasına baxmayaraq, onun xarici siyasət meydanında xüsusilə də Əl-Qaidə liderinin qətlindən sonra reytinqi yüksəkdir. Forbes jurnalı yazır ki, ABŞ şəksiz, dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş və ən güclü silahlı qüvvələrə malik bir ölkəsi olaraq qalır. Müşahidəçilər prezident Obamanın ən güclü silahlı qüvvələrin baş komandanı və qeyri-rəsmi olaraq azad dünyanın lideri kimi mövqelərini saxladığını bildirir.

Keçən il siyahıda birinci yeri tutan Çin prezidenti Hu Tsintaonun isə Çin Kommunist partiyasının baş katibi titulu kimi mühüm siyasi funksiyanın icrasını xələfinə ötürməsilə mövqelərini zəiflətdiyi deyilir.

Birinci onluqda göstərilən digər şəxslər Almaniya kansleri Angela Merkel (4-cü), Microsoft şirkətinin təsisçisi Bil Geyts (5-ci), dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanın kralı Abdulla bin Əbdüləziz Əl-Səud (6-cı), Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqdir (9-cu).

Dünyanın ən nüfuzlu 70 adamı arasında altı qadın var. Almaniya kansleri Angella Merkellə yanaşı, Hindistan Milli Konqres partiyasının sədri Sonya Qandi (11-ci), ABŞ Dövlət katibi Hillari Klinton (16-cı), Braziliya prezidenti Dilma Russef (22-ci), Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard (39-cu) və New York Times qəzetinin redaktoru Cil Abramson (64-cü) builki siyahıya daxil ediliblər.

Siyahı tərtib edilərkən dörd əsas faktor nəzərə alınıb. Buraya bu insanların nüfuz dairəsi, onların maliyyə resursları, bir sahədən daha çox sahədə nüfuza malik olması və nəhayət bu resurslardan necə idarə etdiyi müəyyən edilib.

Dünya əhalisi bu günlər 7 milyardlıq həddi keçdi. Forbs-un siyahısında isə dünya məsələlərinə təsir göstərən ən nüfuzlu 70 adam göstərilir. Bu insanlar dünyada hər 100 milyon insandan biridir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG