Accessibility links

Kanzasın ən yoxsul mahalı ümidini prezident Trampa bağlayıb [Video]


Kanzasın ən yoxsul mahalı ümidini prezident Trampa bağlayıb
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Birləşmiş Ştatların Kanzas ştatının sakinləri 1964-cü ildən bəri prezidentliyə demokrat namizədləri rədd edərək, yalnız respublikaçılara səs verir. Trampın buradakı respublikaçı tərəfdarları və bəzi demokratlar yeni prezidentin işə başladığı ilk 100 günündə gördüyü işlərdən danışır.

Amerikanın ürəyi, Kanzas ştatının Vudson mahalı. Buradakı insanlar mehribandır, dayanıb bir-iki kəlmə söhbət etməyi də sevir. Burada evlərin qapısı da bağlanmır. Ətrafda Amerika canavarları cinsinə aid koyot itlər dolaşır və buradakı insanların dördündən üçü prezident Trampa səs verib.

Rodni Qrisyerin 1000 hektar torpaq sahəsi var ki, o orada qarğıdalı və soya paxlası yetişdirir. Onun dediyinə görə, kənd təsərrüfatında təchizat tələbatdan daha çoxdur. Ona görə də o, prezidentin qlobal bazarlarda rəqabəti artırmasını istəyir. “Əgər biz Amerikanın mərkəzini, kənd təsərrüfatını dağıtsaq, bu bütün iqtisadiyyata baha başa gələr.”

Kənd təsərrüfatı Qrisyerin yaşadığı regionu yaşadan sahədir. Vudson mahalı Kanzasın ən yoxsul bölgəsidir.

Qari Stil doğulub boya başa çatdığı fermada çalışır. Onun oğlu iş axtarmaq üçün şəhərə gedib. O artıq saman və qarğıdalının satılmadğını deyir. Qari Stil yalnız Trampa ümid edir. “Hələlik hər şey yaxşıdır. O hamını yerində oturtdu. Bu, yaxşı əlamətdir.”

Feedbunk restoranında bu nadir haldır. Əsasən demokratlardan ibarət olan masada ad günü qeyd edilir. Vilena Tresler Trampa səs verməyib. Lakin onun prezidentə deyəcəkləri var. “Səsini kəs, otur yerində və ətrafındakı məsləhətçilərə qulaq as. Bununla nəyəsə başlamaq olar.”

İstər respublikaçı, istərsə də demokrat olsun, Kanzas sakinlərinin Amerika xalqı ilə arzusu eynidir - iş yerlərini geri qaytarmaq və fermalara gəlir gətirmək. Onda uşaqlar da evə dönər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG