Accessibility links

Əsas kapitala yönələn vəsaitlər azalıb


Bu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı məqsədilə bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 533.4 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 3.5 faiz azdır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılır.

DSK bildirir ki, vəsaitin 2 milyard 982 milyon manatı neft sektoruna, 1 milyard 551.4 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib.

Sərmayənin 72.7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunmuş vəsaitin 83.9 faizi məhsul istehsalı obyektlərinin, 11.2 faizi xidmət sahələri üzrə obyektlərin, 4.9 faizi isə yaşayış evlərinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 36.5 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların payı 72.8 faizdir. Qalan hissədə bank kreditləri 10.8 faiz, büdcə vəsaitləri 10.3 faiz, əhalinin şəxsi vəsaitləri 4.4 faiz, digər vəsaitlər isə 1.7 faiz tutur.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG