Accessibility links

Kapital Bank-ın vəzifəli şəxsləri barədə cinayət işi başlanıb


logoof Kapital Bank
logoof Kapital Bank

Bankda 70 min manatdan çox mənimsəmə müəyyən edilib

“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının vəzifəli şəxslərinə qarşı cinayət işi qaldırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma zamanı filialın müdiri Əlimövsüm Ağayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankın vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub vətəndaşların şəxsiyyət vəsiqələrindən istifadə etməklə saxta müqavilələr tərtib edib cəmiyyətə məxsus 70 min 534 manat məbləğində pulu mənimsəmələri barədə
şübhələr üçün əsaslar var.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, iş üzrə istintaq davam etdirilir.
XS
SM
MD
LG