Accessibility links

99 yaşlı veteran koronavirusla mübarizə üçün 16 milyon dollar toplayıb


99 yaşlı veteran koronavirusla mübarizə üçün 16 milyon dollar toplayıb
please wait

No media source currently available

0:00 0:02:11 0:00

99 yaşlı İkinci Dünya Müharibəsi qəhrəmanı koronavirusla mübarizə aparan tibb işçilərinə 16 milyon dollar toplayıb və işini hələ də davam etdirir. Britaniya hökuməti hazırda onun bu ilhamverici fəaliyyətinin rəsmən necə tanınması yollarını araşdırır.

Kapitan Tom Mur Böyük Britaniyanın Milli Səhiyyə Xidməti üçün min funt toplayacağına ümid edirdi. Bu xeyriyyənin təşkili üçün o, 100 yaşına qədər hər gün bağçasında 100 dəfə dövrə vurmaqla başlayıb.

Ötən çərşənbə günü kapitan 13 milyon funt, başqa sözlə 16 milyon dollar toplamağa nail olub. İanələr hələ də davam etməkdədir.

“İnsanların səhiyyə xidmətinə bu qədər pul ayırması inanılmazdır. Bunu başlamaq mənum mənim məsuliyyətim idi, bilərək bu işi başladım. Lakin bu qədər etdikləri məndə böyük məmnuniyyət doğurur” - deyə, veteran qeyd edib.

Kapitan Murun ev alayının qoşunları son dövrə üçün Fəxri qarovul dəstəsi yaradıb.

Murun 100 yaşı aprelin 30-da tamam olur. O, Britaniyanın səhiyyə xismətinə xərçəng müalicəsi və omba sümüyünün qırılmasından sonra göstərilən qayğıya təşəkkür naminə ianə toplama başlayıb. Yığılan vəsair dərhal yerinə çatdırılacaq.

“Vəsait birbaşa səhiyyə xidmətinin ön cəbhəsinə göndəriləcək. İşçilərə, könüllülərə, xəstələrə və onlara dəstək verənlərə” - deyə, Milli Səhiyyə Xidmətinin xeyriyyə proqramının icraçı direktoru Elli Orton bildirib.

Britaniyanın Milli Səhiyyə Xidməti xalqa üz tutub.

“Kaptain Tom siz bizim ilham mənbəyisiniz. Sizə təşəkkür edirik” - deyə, səhiyyə naziri Matt Hankok bildirib.

Kaptan Mur İkinci Dünya Müharibəsi zamanı Hindistan və Myanmada xidmət göstərib. İnfdi isə bir çox britaniyalı kimi evdə oturur. Onun xilas amalı nikbinlikdir..

“Bir şeyi yadda saxlayın ki, sabah daha yaxşı gün olacaq. Bəlkə sabah bu günlə müqayidə daha şeylər əldə edəcəksizniz” - kapitan əlavə edib.

Müdrik kəlamları ilə insanları ruhlandıran və həyatları xilas edən bu şəxsiyyətin əməlləri bir adamın belə böyük dəyişikliklər edə biləcəyinə sübutdur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG