Accessibility links

ABŞ Kapitoli binası qarşısındakı barrikadaya dəyən maşın iki polis məmurunu yaralayıb


Cümə günü günortadan sonra ABŞ Kapitoli binası qarşısındakı barrikadaya dəyən maşın iki polis məmurunu yaralayıb. Sürücüyə atəş açılıb.

Kapitolii polisi hadisənin bina yaxınlığındakı nəzarət məntəqəsində baş verdiyini bildirib.

Hadisə Konqresin Co Baydenin prezidentlyini təsdiqləmək üçün səs verərkən Kapitoliyə basqın edildikdən təxminən üç ay sonra baş verib.

Polis şübhəlinin nəzarətə alındığını deyib. Hüquq-mühafizə orqanları isə AP-yə şübhəlinin vurulduğunu və ağır vəziyyətdə xəstəxanaya aparıldığını deyib.

Yaralanan zabitlərdən biri polis maşını ilə xəstəxanaya aparılıb, digəri isə təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırlıb.

Məsələni açıq şəkildə müzakirə edə bilməyən rəsmilər adlarının açıqlanmaması şərti ilə AP-yə danışıb.

Atışmadan sonra bina bağlanıb və işçilərə binaya girib çıxa bilməyəcəkləri deyilib.

Kapitoli binası 6 yanvar iğtişaşlarından sonra açıldığı üçün ətrafda nəqliyyat vasitələrinin hərəkətinə mane olan hasarlar götürülüb.

XS
SM
MD
LG