Accessibility links

Gallaudet: Karlar Universiteti [Video]


Gallaudet: Karlar Universiteti
please wait

No media source currently available

0:00 0:02:39 0:00

“Dünyada buna bənzər başqa bir yer yoxdur.” Bu, Gallaudet Universitetinin devizidir. 153 yaşı olan bu institut kar insanları ali təhsillə təmin edir. Bu prestijli universitetitə bütün dünyadan tələbələr gəlir.

İşarə dilindən istifadə edən insalar üçün yeganə bir dil yoxdur. Qrin kart sahibi iranlı bu gənc danışanda, onun həmvətənləri onu anlamır, çünki o, Amerika işarə dilindən istifadə edir.

“Bu, universal bir dil deyil. Hər ölkənin özünə məxsus işarə dili və mədəniyyəti var. Bir ölkənin içində işarə dilinin fərqli aksentləri belə olur. Mən Birləşmiş Ştatlara gələndə Amerika işarə dilini öyrəndim, amma mənim doğma işarə dilim ZEİ-dir. O, İranın işarə dilidir.
Ardavan Giti

“Bu, universal bir dil deyil. Hər ölkənin özünə məxsus işarə dili və mədəniyyəti var. Bir ölkənin içində işarə dilinin fərqli aksentləri belə olur. Mən Birləşmiş Ştatlara gələndə Amerika işarə dilini öyrəndim, amma mənim doğma işarə dilim ZEİ-dir. O, İranın işarə dilidir”, deyə Ardavan Giti bildirir.

Gallaudet Universiteti 153 ildir karlar üçün fəaliyyət göstərən yeganə universitetdir. Təhsildən əlavə işarə dili gündəlik həyatda başqa şeylər üçün də istifadə olunur.

Bu, universitetin buraxılış mərasimidir. Buradakı hər kəs çox həyəcanlıdır.

Universitetin zalı səssizdir, çünki buradakı insanlar səssiz ünsiyyət qurur.

Onlar işarə dili ilə ifa etdikləri musiqi və mahnılardan zövq alırlar.

Amerikada insanlar həyat təcrübələrini artırmaq üçün bir sıra müxtəlif məsələlərə diqqət yetirir. Məsələn bu qadın Amerikanın işarə dilinin qaydalarını Misirdə tətbiq etmək istəyir.

“Biz Gallaudet və Amerikadan, xüsusuilə də kar uşaqların ehtiyacları baxımından çox şey öyrənə və öyrəndiklərimizi öz ölkəmizdəki sistemə daxil edə bilərik”, deyə misirli magistratura tələbəsi Hanan Əli bildirir.

Bu insanlar eşidə bilən insanlar kimi oxuyub, ali təhsil ala bilsələr də, onlar narahatdır, çünki digərləri ilə eyni imkanlara sahib ola bilmirlər.

Gallaudet universiteti
Gallaudet universiteti

Ardavan Giti: “Eşidə bilən insanların karlardan daha çox şey əldə etdikləri doğrudur. Onların daha çox imkanları olur, eləcə də iş tapmaq şansları da daha yüksək olur. Amma karlar başqalarının gördüyü işi görə bildiklərini göstərə bilmək üçün ikiqat çox işləyir. Fikrimcə, əgər ABŞ-ı digər ölkələrlə müqayisə etmək olmaz, çünki təbii ki, digər ölkələrdə karlar üçün imkanlar daha azdır”.

“Biz karların qarşılarına qoyduqları hər bir məqsədi çox yüskək səviyyədə həyata keçirə biləcəklərinə dair sübutlarımız var. Biz hər şeyi edə bilərik. Biz dünyanı istədiyimz kimi formalaşdıra bilərik. Kar insanlar çox sayda töhfələr verir. Bu səbəbdən də, Gallaudet mənim üçün mükəmməl seçim idi. Bura bütün dünyadakı kar insanların evidir”, deyə Hanan Əli bildirir.

Bu yeməkxanada işarə dili ilə danışan yüzlərlə insan var. Onlar bir-biri ilə bir söz demədən belə ünsiyyət qura bilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG