Accessibility links

Karnegi Sülh Fondunda Rusiyadakı son hadisələr müzakirə olunub


Karnegi Sülh Fondunda Rusiyadakı son hadisələr müzakirə olunub
Karnegi Sülh Fondunda Rusiyadakı son hadisələr müzakirə olunub

“Vladimir Putin inam böhranından sığortalanmayıb. Mən Rusiyada idarəçilik barədə bu qədər suallar olan perioda rast gəlməmişəm”. Bu sözləri Karnegi Sülh Fondunda keçirilən “Sovet İttifaqının dağılmasında 20 il sonra ictimai rəy” adlı konfransda ABŞ-ın sabiq dövlət katibi Madelin Olbrayt deyib. Onun sözlərinə görə, cənab Putin öz xalqı adından qərarlar verməyə icazəsi olduğunu düşünə bilər, amma əslində bu belə deyil.

Xanım Olbrayt cənab Putinin bir çox sualları nəzərdən keçirməli olduğunu bildirib: “Məsələ Putinin nə təklif edəcəyindədir. Moskvadakı hadisələri Ərəb Baharı ilə müqayisə etsək, deyə bilərəm ki, Ərəb Baharı əlavə vaxt artırılmış bir basketbol oyunu deyil. Bu, uzun bir hekayədir, bu, bir marafondur. Hazırda Rusiyada gördüklərimiz də bir gecənin hadisəsi deyil. Fikrimcə, səbrli olmaq lazımdır. Demokratiya bir hadisə deyil, bu, bir prosesdir”.

Xanım Olbraytın sözlərinə görə, bu prosesin vacib tərkib hissələrindən biri də sosial medialardan istifadədir.

Tədbirdə rəhbəri olduğu “Pew” Araşdırmalar Mərkəzinin Rusiyada keçirdiyi sorğulardan danışan Endryu Kohut bəzi maraqlı nəticələri açıqlayıb. O, Rusiyada əhalidən “Sovet İttfaqının dağılması kimin xeyrinə oldu?” soruşduqlarını və respondentlərin əsasən biznes və siyasi liderlərin qazandığını söylədiyini bildirib. Cənab Kohut bu sorğulara “Keçmiş Sovet İttifaqında Demokratiya və Kapitalizmə inam azalır” adlı hesabatda yer verildiyini deyib.

Beynəlxalq Respublikaçılar İnstitutunun Avrasiya regionu üzrə direktoru Stefen Niks isə ölkədə əhalinin 88 faizinin rus olduğunu, cəmi 4 faizinin isə avropalı olduğunu düşündüyübü söyləyib. Onun sözlərinə görə, əhali ölkədə demokratik sistemin olmasını istəsə də, bunun nə anlama gəldiyini bilmir. “Demokratik sistem necə olmalıdır?” sualına onlar “dövlət sosial ehtiyacları qarşılamalıdır” deyə cavab verib.

Rusiyada baş qaldıran etiraz aksiyalarının ərəb inqilabları ilə oxşar və fərqli cəhərlərindən danışan Karnegi Fondunun Moskvadakı ofisindən Mariya Lipman etirazların əsasında ədalətsizlik, korrupsiya, məmurların və polislərin səlahiyyətlərini aşması durduğunu bildirib. O, Rusiyada işsizliyin problem olmadığını desə də, siyasi dəyişiklik üçün siyasi bacarığın çatışmadığını bildirib. Xanım Lipmanın sözlərinə görə, hazırki hərəkatın özəlliyi onun regionlara yayılmasıdır: “Rusiyada etiraz aksiyalarına qatılanlar Putinin hakimiyyətdən getməsini istəyirlər. Ancaq onun yerinə kimi istədiklərini də bilmirlər”.

Madelin Olbraytın fikrincə, Vladimir Putin Rusiyanın müasir dövrünü təmsil edir: “Hazırda Rusiyada Qərbi tənqid tendensiyası var. Son 20 ildir belə bir tendensiya var”.

Onun sözlərinə görə, Sovet İttifaqı dağılanda neftin qiyməti qalxmışdı və buna görə günahkar daxildə yox, məhz xaricdə axtarılırdı. “Bu gün də eyni tendensiya mövcuddur” - deyə xanım Olbrayt bildirib.

XS
SM
MD
LG