Accessibility links

Samir Kantar öldürülüb


Livanın Hizbullah qrupu Suriya paytaxtı yaxınlığında 30 ildən artıq İsrail həbsxanasında cəza çəkən üzvü Samir Kantarın öldürüldüyünü bildirib.

Kantar 1979-cu ildə İsrailin polis zabiti və onun qızının qətlində ittham edilmişdi.

Samir Kantar
Samir Kantar

Livan həbsxanasının dekanı ləqəbi daşıyan Samir Kantar 2008-ci ildə azadlığa çıxıb. O, Suriya prezidenti Bəşar Əl-Əsədin tərəfdarları ilə Suriyaya gedən Hizbullah üzvlərindən biri idi.

Dəməşqin Caramana rayonunda həyata keçirilən hücum onun ölümünə səbəb olub.

Hizbullahın Əl-Manar televiziya kanalı bildirib ki, İsrailin iki təyyarəsi Suriyanın hava məkanına daxil olaraq hücum həyata keçirib.

Lakin Livanın Əl-Mayadin televiziyası İsrailin şimal bölgəsindən iki qırıcı təyyarənin 4 raket atdığını xəbər verib.

Kantar hücum zamanı öldürülən 8 nəfərin arasında olub.

İsrail hadisyə münasibt bildirməyib.

İsrailin kabinet naziri Yuval Şteynitz Kantarın ölümünü alqışlayaraq, heç kimin buna görə təəssüf hissi keçirmədiyini deyib.

Yuval Şteynitz
Yuval Şteynitz

Suriyanın İnformasiya nazirliyi hücumun İsrail tərəfindən həyata keçirilən ilk hücum olmadığını deyərək, İsraili Səudiyyə Ərəbistanı və Qətərlə əlbir olub, Suriya rejimini devirmək cəhdində ittiham edib.

XS
SM
MD
LG