Accessibility links

Müdafiə naziri Eş Karter: ABŞ Əfqanıstanın suverenliyi və təhlükəsizliyinə sadiqdir


ABŞ Müdafiə naziri Eş Karter Birləşmiş Ştatların Əfqanıstanın suverenliyi və təhlükəsizliyi məsələlərinə sadiq qaldığını bəyan edib.

Karter bu açıqlamaları Kabildə Əfqanıstanın prezidenti Əşrəf Qani ilə birgə mətbuat konfransında verib. Mətbuat konfransı zamanı ABŞ müdafiə nazirinə seçilmiş prezident Donald Trampın 15 ildir müharibənin sürdüyü Əfqanıstanla bağlı siyasi kursunun nə olacağı ilə bağlı sual da verilib.

Prezident seçilmiş Donald Tramp hələlik xarici siyasət sahəsində planlarına dair açıqlama verməyib. O, seçki kampaniyası zamanı da Əfqanıstanda müharibə mövzusuna çox vaxt toxunmayıb.

Tramp və Qani arasında keçən həftə telefon söhbəti zamanı verilən açıqlamaya əsasən, “hər iki ölkənin qarşılaşdığı terror hədələri”ni müzakirə edilib.

Karter Əfqanıstana cümə günü ABŞ hərbi qüvvələrinə vətənə xidmət etdiklərinə görə təşkkürünü bildirmək üçün səfər edib. Onun ABŞ və NATO qüvvələrinin Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək səyləri ilə bağlı son inkişaflarla tanış olacağı və Əfqanıstan rəsmilərilə görüşlər keçirəcəyi gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG