ABŞ-ın keçmiş prezidenti Cimmi Karter regionda gərginliyin azaldılması məqsədilə Tramp administrasiyasının adından Şimali Koreyaya səfər etmək istədiyi bildirib. Bu haqda The New York Times qəzeti məlumat verib.
93 yaşlı Karter Corciya ştatında Pleynsdəki evində verdiyi müsahibə zamanı daha bir diplomatik missiya üçün vaxtın yetişib-yetişmədiyi, ya da bunu prezident Trampın adından edə bilib-biməyəcəyi ilə bağlı sualın cavabında “bəli, mən gedərdim” deyib.
1977-ci ildən 1981-ci ilə qədər prezident olmuş demokrat Karter Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri, dostu adlandırdığı general-leytenant H.R.Makmasterlə danışdığını, lakin hələ ki buna mənfi cavab aldığını bildirib.
“Mən ona demişəm ki, onların mənə ehtiyacı olsa, mən onların ixtiyarındayam”, The New York Times qəzeti Karterə istinadən məlumat verib.
Vaşinqtonda bəzilərinin Trampın və Şimali Koreya lideri Kim Conq Unun söz müharibələrindən narahat olduğunu bildirən Karter, “mən də vəziyyətdən ehtiyat edirəm” deyib.
O, Şimali Koreya yarımadası və Yaponiyanı, eləcə də bizim Sakit okean hövzəsində və ola bilsin ərazimizdə də bəzi yerləri dağıda biləcək müasir nüvə arsenalı əldə edib.Cimmi Karter
“Onlar onun rejimini qorumaq istəyir. Və biz Çinin Şimali Koreyaya təsirini böyüdürük. Xüsusilə də mənim bildiyimə görə heç vaxt Çində olmayan Kimə təsirini. Onlar arasında münasibətlər yoxdur. Kim Conq İl Çinə getmişdi və onlara çox yaxın idi”, Karter bildirib.
Karterin sözlərinə görə, o narahadır ki, əgər Kim Trampın ona qarşı addım atacağını düşünürsə, bunun qarşısını almaq üçün nəsə edə bilər.
“Mənim fikimcə, o, Şimali Koreya yarımadası və Yaponiyanı, eləcə də bizim Sakit okean hövzəsində və ola bilsin ərazimizdə də bəzi yerləri dağıda biləcək müasir nüvə arsenalı əldə edib”, Karter bildirib.
Cimmi Karter 1990-cı illərin ortalarında o zaman prezident Bill Klintonun etirazlarına rağmən Pxenyana səfər edib və hazırkı liderin babası olan Kim İl Sunqla nüvə böhranının aradan qaldırılması məqsədilə razılıq əldə edib. Bu, 1994-cü ildə nüvə razılığının əldə edilməsinə gətirib çıxarmışdı. Şimali Koreya bu razılığa əsasən yardım müqabilində nüvə silahlarını təhvil verməyə söz vermişdi.