Accessibility links

Sabiq prezident Cimmi Karter Tramp administrasiyasını dəstəkləməyə çağırır [Video]


Sabiq prezident Cimmi Karter Tramp administrasiyasını dəstəkləməyə çağırır
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Sabiq prezident Cimmi Karter Tramp administrasiyasını dəstəkləməyə çağırır

1980-ci ildə Ağ Ev uğrunda ikinci yarışında məğlub olan sabiq prezident Cimmi Karter hazırda bütün keçmiş ABŞ prezidentləri arasında ən uzun post-Ağ Ev karyerasına sahib olan prezidentdir. 2016-cı il prezident seçkiləri ilə bağlı partizan narazılıqlara baxmayaraq, keçmiş prezidentin yeni Tramp adminstrasiyasına qarşı barışdırıcı yanaşması var. O, Ağ Evin yeni sakinləri ilə müsbət münasibət qurmaq istəyir.

Donald Tramp prezident Cimmi Karterin hakimiyyətə gəlməsinə şahid olduğu altıncı prezidentdir. 1981-ci ildə Ronald Reyqanın inaqurasiyasından sonra Karter doğma Corciya ştatının Pleins şəhərinə geri döndü.

Cimmi Karter və Rozalin Karter
Cimmi Karter və Rozalin Karter

Tramp vəzifəsinin icrasına aşağı dəstək göstəriciləri ilə başladı.

Cimmi Karter isə Pleinsdə yerləşən Maranata Baptist Kilsəsində hər həftə keçirdiyi bazar günü dərsində seçki zamanı Trampın onun dəsətəklədəyini namizəd olmadığını deyib.

“Bizim ailədə 22 seçici var və onların heç biri Trampa səs vermədi.”

Bir çox demokrat qanunverici Trampın inaqurasiyasında iştirak etməsə də, Karter onlardan biri deyildi.

“Uzun müddət boyunca mən yeganə keçmiş prezident idim ki, inaqurasiyada iştirak edəcəyimi deyirdim. Məncə biz yeni prezidentimizi tanımalıyıq və ona dəstəyimizi verməliyik.”

O heç vaxt siyasətlə məşğul olmayıb. O hələ daha çox şey öyrənməlidir və bəzi şeyləri o, mənin kimi çox çətin yollarlara öyrənəcək.
Cimmi Karter

Atlantada Amerikanın Səsinə verdiyi eksklüziv müsahibədə Karter öz yanaşmasını açıqlayıb.

“Yeni prezident hakimiyyətə gələndə biz ona yardım etmək istəyirik və ümid edirik ki, prezident Trampı və onun adminstrasiyasına verəcəyimiz dəstək onlar üçün faydalı olacaq.”

Rusiya prezidenti Vladimir Putinlə münasibətləri olan prezident Karter deyir ki, Tramp administrasiyasına yardım etməyin bir yolu da, bir çox Karter Mərkəzi proqramları tərəfindən toplanan məlumatları onunla bölüşməkdir.

“Biz yeni dövlət katibi ilə müdafiə nazirinə , mənin adımdan qısa memorandum hazırlayırıq. Məsələn, bu memorandumda bizim prezident Putindən öyrəndiklərimiz və buna bənzər məlumatlar yer alacaq.”

Prezident olaraq Karter 1978-ci ildə İsrail və Misir arasında ilk davamlı sülh razılığına gətirib çıxaran Kemp-Deyvid danışıqlarında vasitəçilik edib. Sabiq prezident Trampın İsrail və fələstinlilər arasında sülh yaratmağa böyük əhəmiyyət verəcəyinə ümid bəslədiyini deyir.

“Biz onlara bildirmək istəyirik ki, bizim artıq 35 ildir Ramallahda, Qüdsdə, İordan çayının qərb sahilində habelə Qəzzada ofislərimiz var. Bizim Müqəddəs Torpaq adlanan bu ərazinın sərhədləri daxilində baş verənlərələ bağlı məlumatlarımız var və mən bu məlumatı onlarla bölüşmək istəyirəm.”

Prezident Donald Tramp
Prezident Donald Tramp

1976-cı ildə Karter prezident seçiləndə, ölkə hələ də Votergeyt qalmaqalının yaratdığı şoku üstündən atmağa çalışırdı. Həmin il Karter də Donald Tramp kimi Ağ Evə böyük populist hiddəti ilə gəldi. Karter Trampa səs verməsə də, o prezidentlik vəzifəsinin tələbatlarını anlayan çox az sayda insanlardan biridir.

“O heç vaxt siyasətlə məşğul olmayıb. O hələ daha çox şey öyrənməlidir və bəzi şeyləri o, mənin kimi çox çətin yollarlara öyrənəcək.”

İranda yaşanan girov böhranı, artan inflasiya və neft çatışmazlağı Karterin 1980-ci ildə Ronald Reyqana məğlub olmasına səbəb olan bəzi problemlərdən idi. Bu məğlubiyyəti ilə Karter son 40 ildə prezidentlik vəzifəsini sadəcə bir dövr icra edən iki prezidentdən biri oldu.

XS
SM
MD
LG