Accessibility links

Əfqanıstanda bomba hücumu baş verib


Partlayış nəticəsində bir yerli siyasətçi daxil olmaqla 11 insan həlak olub

Əfqan rəsmiləri deyir ki, intiharçının Bağlan vilayətində hökümət binasının qarşısında bombanı partlatması nəticəsində bir yerli siyasətçi daxil olmaqla11 nəfər həyatını itirib.

Polis həyatını itirən siyasətçinin ölkənin şimalında yerləşən Baqhlan vilayət şurasının başçısı Rəsul Mohsenin olduğunu bildirib.

Baqhlan polis departamentinin sözücüsünün məlumatına görə intiharçı vilayət şurasının başçısının səhər binaya daxil olduğu zaman qaçaraq üzərindəki bombanı partladıb. Yaralananlar və həlak olanlar arasında onun cangüdənləri də olub.

Hücum Əfqanıstan prezidenti Həmid Karzainin Hindistana səfəri əsnasında baş verib. Onun Hindistan hökumətindən Əfqanıstan hərbi və təhlükəsizlik orqanlarının möhkəmləndirilməsi üçün yardım istəyəcəyi gözlənilir.
XS
SM
MD
LG