Accessibility links

Həmid Karzay: Prezident seçkilərinədək ABŞ-la təhlükəsizlik razılığı imzalanmayacaq


Əfqanıstan prezidenti aprel ayında keçiriləcək prezident seçkilərinədək ABŞ-la təhlükəsizlik razılığını imzalamayacağını deyib.

“Azadlıq” radiosuna müsahibəsi zamanı Həmid Karzay bildirib ki, razılıq ölkəsinin maraqlarına xidmət edir, lakin Amerika əvvəlcə yaşayış yerlərinə hücumlarını dayandırmalı və dalana dirənmiş sülh prosesini canlandırmalıdır.

O, ABŞ-ın Əfqanıstanda keçiriləcək seçki prosesinə müdaxilə etməməsinin vacibliyini vurğulayıb.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Suzan Rays Əfqanıstan prezidenti Həmid Karzayla görüşü zamanı təhlükəsizlik razılığının vaxtında imzalanmadığı təqdirdə, bütün ABŞ qoşunlarının 2014-cü ildən sonra Əfqanıstanı tərk edəcəyin deyib.

Kabildə keçirilən görüş zamanı Karzay xanım Raysa deyib ki, razılığı imzalamamaq qərarından geri çəkilməyəcək və razılığın imzalanmasına dair seçimi xələfinə saxlayacaq.

Əfqanıstan prezidenti ağsaqqallar şurası olan Loya Cirgənin ABŞ-la təhlükəsizlik razılığını imzalaması tövsiyəsinə də məhəl qoymayıb.

Prezident ölkəsinin ABŞ-ın sülhün bərqərar edilməsi öhdəliklərinə sadiq qalacağından əmin olmaq üçün əlavə vaxta ehtiyacı olduğunu bildirib.

2015-ci ilin yanvar ayının 1-də qüvvəyə minəcək razılığa görə ABŞ-ın hərbi və mülki personalının 10 il, bəlkə də daha artıq müddətə Əfqanıstanda qalmasına yol açacaq.
XS
SM
MD
LG