Accessibility links

Kəşmirdə internet qismən bərpa olunub


Hindistan rəsmiləri 7 aydan sonra mübahisəli Kəşmir ərazisində sosial mediaya qoyulan qadağanı iki həftəlik müvəqqəti olaraq ləğv edərək internetu bərpa edib..

Mobil qurğular üzərindən internet əlaqəsi aşağı sürətlə məhdud olacaq.

Hökumət internetin bərpasının martın 17-dək davam edəcəyini bildirib. Məhdudiyyətin müddəti barədə heç bir açıqlama verilmir. Ali Məhkəmənin son qərarı internet qadağasının qeyri-müəyyən ola bilməyəcəyini göstərir.

Bölgənin daxili işlər katibi Şalin Kabra tərəfindən verilən sərəncamda qeydiyyata düşmüş müştərilər üçün faks olunmuş xətlər üzərindən internetə girişə məhdudiyyət qoyulacağı bildirilir.

Kəşmirdə geniş xidmət təminatçısı olan dövlət Bharat Sanchar Nigam Ltd.-nin rəsmisi A.K. Şrivastava yeni hökumət sərəncamının icrasına başladığını deyib.

Avqustda internet qadağası tətbiq edildikdə, hökumət əksəriyyəti müsəlman olan Kəşmirin müstəqilliyi uğrunda on illər boyu mübarizə aparan və ya Kəşmirin digər hissəsini idarə edən Pakistanla birləşən Hindistan əleyhinə etirazların və hücumların qarşısını almağın lazım olduğunu vurğulayıb. Hər iki ölkə Himalay bölgəsinə bütövlüklə sahib olduğunu iddia edir.

Rəqəmsal hüquq müdafiəçiləri İnternetdəki sərt məhdudiyyətləri pisləyərək, Kəşmirdə azadlığı daha da məhdudlaşdırmağa imkan verən məlumat üzərində dövlət nəzarətinin yeni səviyyəsini təmsil etdiklərini bildirib.

Hökumət onları məhdudiyyətlərə son qoymağa çağıran Avropa və ABŞ-dakı millət vəkilləri tərəfindən də tənqid edilib.

Yanvar ayında rəsmilər internet qadağasını bir qədər yüngülləşdirib və Hindistanın nəzarətində olan ərazilərdən 7 milyondan çox insana dövlətin təsdiqlədiyi saytlara aşağı sürətli giriş əldə edib. Bu qərarı normal bir həyata qayıtmağa doğru addım kimi elan etmişdilər.

Kəşmir Ticarət və Sənaye Palatasından verilən məlumata görə, İnternetin bloklanması bölgənin iqtisadiyyatına ciddi ziyan vurub və nəticədə ən azı 150.000 iş yeri itirilib. Yerli texnologiya şirkətləri ağır itkilər verərək bağlanıb və ya Hindistanın digər bölgələrinə köçməli olub.

XS
SM
MD
LG