Accessibility links

Kasparov Qərblə Rusiya arasında mümkün alyansı tənqid edir


Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Qərbin Parisdə 129 adamın ölümülə nəticələnmiş terror aksyalarının məsuliyyətini öz üzərinə götürmüş İslam Dövləti qrupuna qarşı mübarizədə Rusiya və İranla alyans yaratmaq planlarını kəskin tənqid edərək, bunu “qeyri-əxlaqi” addım kimi qiymətləndirib.

Qərargahı Nyu-Yorkda yerləşən İnsan Haqları Fondunun başçısı olan Kasparov Wall Street Journal qəzetində yazdığı məqalədə qeyd edib ki, “NATO-nun İŞİD-i məhv etmək üçün nə Putinə, nə də İrana ehtiyacı yoxdur, bunun üçün NATO-nun iradəsi lazımdır.”

Kasparovun fikrincə, Suriya qaçqınlarının Avropaya axınını davam etdirmək Kremlin marağındadır.

“Miqrant böhranı Putinə iki baxımdan xeyirlidir. O, Avropanın diqqətini Ukraynada hərbi kampaniyadan yayındırır. Qaçqın axını həm də Avropada Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi üçün Avropa İttifaqına təzyiq göstərərək, Putini dəstəkləyən ultra-sağçı partiyaların mövqelərini gücləndirir”-deyə Kasparov məqaləsində yazıb.

“Prezident Obama və Suriyada münaqişənin həllinə çalışan digər Qərb liderləri yadda saxlamalıdır ki, sənin düşməninin düşməni sənin özünün də düşməni ola bilər. ABŞ və Qərb üçün İranla, Putinin Rusiyası ilə və Əsəd rejimi ilə alyans etik baxımdan mənfur, strateji baxımdan fəlakətli və tamamilə lazımsızdır. Belə bir alyansın qeyri-əxlaqi səciyyəsi tamamilə aydındır, çünki ABŞ rəsmən İran və Suriyanı terrorizmi dəstəkləyən dövlətlər sırasına aid edir”-deyə Kasparov məqalədə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG