Kubanın sabiq lideri Fidel Kastronun külü bu gün torpağa tapşırıldı.
9 günlük rəsmi matəmdən sonra özəl dəfn mərasimi Sandoyeqo de Kubanın Santa İfiqeniya məzarlığında keçirilib.
Dəfn mərasiminə Venesuela prezidenti Nikolas Maduro və futbol çempionu Diyeqo Maradona qatılıb.
Dünyanın hazırkı və sabiq liderlərindən-Nigeriya prezidenti Daniel Orteqa, Boliviya prezidenti Evo Morales, Braziliya prezidentləri Luis İnaçio Lila da Silva və Dilma Russef də mərasimdə iştirak edib.
İctimai vidalaşma ötən həftənin çərşənbə axşamı gününə təyin edilib. Daha sonra Kastronun külü 3 gün ölkədə prosessiyaya çıxarılıb.
90 yaşlı Kastronun ölümünün səbəbi barədə məlumat verilməyib.
Fidel Kastro Ruz 1926-cı il avqustun 13-də dünyaya gəlib və boya-başa çataraq diktator Fulgensio Batistaya qarşı hərəkatın liderlərindən birinə çevrilib.
O, partizan qüvvələrinə rəhbərlik edib və sonda onlar Batistanın ordusuna yol taparaq 1959-cu ildə adada hakimiyyəti ələ keçirib.
Fidel Kastro 1976-cı ildən 2008-ci ilə qədər Kuba dövlətinin rəhbəri olub.
Səhhəti ilə bağlı 2008-ci ildə bütün səlahiyyətlərini qardaşı Raul Kastroya verib.