Accessibility links

Raul Kastro ABŞ-ın Kubaya tele-radio yayımı dayandırmasına çağırıb


KUba prezidenti Raul Kastro ABŞ hökumətini Kubanın zərərli hesab etdiyi radio və televiziya yayımlarını dayandırmağa çağıraraq bildirib ki, rəsmi Havana Birləşmiş Ştatlarda əlaqələrin inkişafında maraqlıdır.

Televiziya çıxışında cənab Castro hökumətinin münasibətlərin normallaşmasına nail olacağını və bu istiqamətində ABŞ-ın əvvəlki siyasətlərinə son qoymalı olduğunu bildirib.

O qeyd edib ki, Havananın etirazlarına baxmayaraq, ABŞ hökuməti Kubaya yayımı davam etdirir və buraya Radio Marti və TV Marti də daxildir. Bu iki qurum Amerikanın Səsinin də daxil olduğu Beynəlxalq Yayım Şurasının tərkib hissəsidir.

Kastro habelə ABŞ-ın immiqrasiya siyasətini tənqid edib. Belə ki, ABŞ qanunlarına görə, ABŞ torpaqların ayaq basan hər hansı kubalı miqrant Amerikada yaşamaq hüququ qazanır.

XS
SM
MD
LG