Accessibility links

Katalanların qaçaq lideri seçki kampaniyasını Brüsseldən aparacaq


Karles Puçdemon
Karles Puçdemon

Kataloniya separatçı hərəkatının qaçaq lideri bildirib ki, o, Belçikadan ekstradisiya edilməyi ilə mübarizə aparmaqla yanaşı, gələcək seçkilərdə bölgə partiyasına rəhbərlik etməyə çalışacaq.

Karles Puçdemon Kataloniyanın El Punt Avui telekanalına verdiyi müsahibədə qeyd edib ki, 21 dekabrda baş tutacaq Kataloniya regional parlamentinə olan seçkilərdə iştirak üçün namizədlərin siyahısını hazırlayır.

Puçdemonun sözlərinə görə, o öz seçki kampaniyasını Brüsseldən idarə etməyi planlaşdırır. İspaniyada inqilab təşkil etmək ittihamları ilə üzləşən Puçdemon və digər dörd keçmiş kabinet üzvü İspaniyaya ekstradisiya oluna bilər.

Puçdemon da daxil olmaqla, Kataloniyanın 13 keçmiş kabinet üzvü İspaniyada uzunmüddətli həbs cəzası ilə üzləşə bilər.

XS
SM
MD
LG