Accessibility links

Kataloniya parlamenti region prezidentini seçir


Hordi Turul və Kataloniyanın sabiq prezidenti Karles Puçdemon.
Hordi Turul və Kataloniyanın sabiq prezidenti Karles Puçdemon.

İspaniyanın müstəqilliyə meylli Kataloniya vilayətinin parlamenti cümə axşamı yeni regional prezident seçəcək.

İspaniyadan ayrılmağın tərəfdarı olan partiyalar, özlərinin üçüncü seçimi, öncəki regional administrasiyanın üzvü Hordi Turulun namizədliyi irəli sürəcək.

Kataloniya dekabr ayından etibarən siyasi qeyri-müəyyənlikdədir. Həmin zaman İspaniyanın baş naziri Mariano Rahoy regionda müstəqillik hərəkatını dayandırmaq üçün xüsisi seçkilər çağırmışdı.

Lakin nəticədə seçkilərdə yenidən İspaniyadan ayrılmağın tərəfdarı olan partiyaların qələbə qazandı.

Separatçılar ilk növbədə Kataloniyanın vəzifədən uzaqlaşdırılan prezidenti Karles Puçdemonu yenidən seçməyə cəhd etdilər. Lakin, Brüsseldə olanda Puçdemon İspaniyaya qayıdacağı halda həbs ediləcəyindən bu fikirdən imtina edildi.

İkinci seçim Hordi Sançes həbsdə olduğundan namizədliyini geri çəkib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG