Accessibility links

Barselonada kataloniyalılar hökumətin Kataloniyanın İspaniyadan ayrılmasına imkan verməyən hökumət əleyhinə nümayiş keçirib.

Polis yürüşə 350 min insanın qatıldığını desə də, təşkilatçılar aksiyada 900 min adamın iştirak etdiyini bildirib.

Bu etirazlar ötən həftə keçirilən refendumdan sonraya təsadüf edir. Həmin referendumda katalonların əksəriyyəti müstəqlillik lehinə səs verib, lakin milli hökümət səsverməni qeyri-qanuni adlandırıb. Hazırda necə irəliləcəkləri ilə bağlı çətin qərarlarla üzləşən Kataloniya liderləri İspaniyanın milli hökümətini dialoqa çağırırlar.

Cümə axşamı yüksək səviyyəli Avropa İttifaqı rəsmisi separatçıların mübahisəsinin silahlı münaqişəyə çevrilmək ehtimalı olduğunu deyib.

“Onların mövqeyi çox narahatedicidir. Burada, Avropanın ortasında vətəndaş müharibəsi baş verə bilər”, deyə Almaniyanın Avropa İttifaqı nümayəndəsi Qunter Oettinger Münhendə keçirilən tədbirdə söyləyib.

Almaniyalı nümayəndənin bu sözləri Aİ diplomatları arasında təşviş yaradıb.

İspaniyanın baş naziri Mariano Rahoy Kataloniyanın yarı-muxtariyyətini ləğv edərək, Madridin birbaşa nəzarətinə salmaqla təhdid edib. O, Kataloniyanın separatçı liderləri bazar günü keçirilən icazəsiz refenduma əsaslanaraq müstəqillik deklarasiyası təqdim edəcəyi təqdirdə heç bir danışığın baş tutmayacağını deyib.

Madridin qanunsuz hesab etdiyi həmin referendumda 90 faiz insan İspaniyadan ayrılmaq lehinə səs verib. Lakin referendumda seçicilərin yalnız yarısı iştirak edib. Rəy sorğuları dəfələrlə əksər katalanların İspaniyanın tərkibində qalmaq istədiyini göstərib.

XS
SM
MD
LG