Accessibility links

Kataloniyanın müstəqilliyi ilə bağlı referenduma görə 12 adam həbs edilib


Ispaniya hakimiyyəti Kataloniyanın müstəqilliyi ilə bağlı referenduma hazırlaşmaqda şübhəli bilinən azı 12 nəfəri saxlayıb.

Onlar xüsusi əməliyyat zamanı saxlandığı bildirilir.

İspaniyanın hüquq-mühavizə orqanları Kataloniyanın bir neçə hökumət binasında axtarış aparıb.

Kataloniya iqtisadiyyat idarəsinin rəhbəri Xosep Mariya Xove telekommunikasiya və informasiya texnologiyaları mərkəzi və bir sıra idarələrin əməkdaşları da saxlananlar arasındadır.

Hazırda Barselonanın mərkəzində reydlərə etiraz olaraq aksiya keçirilir.

Bundan əvvəl verilən məlumata görə, İspaniya prokurorluğu referenduma görə Kataloniyanın şəhər merlərini prokurorluğa çağırıb.

Kataloniyanın şəhər merləri bu günlərdə əyalətin müstəqilliyi ilə bağlı referenduma dəstək aksiyası keçiriblər.

Qeyd edək ki, Kataloniya parlamenti bu günlərdə müstəqilliklə bağlı referendum keçirilməsi barədə qanun qəbul edib.

Referendum oktyabrın 1-də keçirilməlidir.

İspaniya hökuməti isə məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

İspaniya konstitusiyası ölkənin bölünməsinə icazə vermir.

2014-cü ilin noyabrında Kataloniyada müstəqilliklə bağlı referendum keçirilmişdi.

Amma Konstitusiya Məhkəməsinin həmin vaxt Kataloniyanı səsverməni ləğv etməyə çağıran qərar qəbul etməsindən sonra referendum qeyri-rəsmi mahiyyət daşımışdı.

Həmin vaxt 80 faiz regionun İspaniyadan ayrılmasına səs vermişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG