Accessibility links

Kataloniya parlamenti seçkilərdən bəri ilk sessiyasını keçirir


Çərşənbə keçiriləcək sessiyadan əvvəl, iki separatçı partiya sabiq Kataloniya prezidenti Karles Puçdemonu yenidən prezidentliyə namizəd etmək üzərində razılıq əldə edib.

Puçdemon Kataloniyanın İspaniyadan ayrılması ilə bağlı keçirilən referendum çağırışlarına başçılıq edib. Referendum nəticəsində səs verənlərin əksəriyyəti müstəqillik lehinə səs verib.

Madrid höküməti parlamenti və regionun müstəqilliyini ləğv edəndən sonra Puçdemon Brüsselə qaçıb. O , İspaniyaya dönsə həbsə üzləşə bilər.

İspaniyanın baş naziri Mariano Rahoy deyir ki, Puçdemon sürgündə ikən Kataloniyanın prezident rolunu icra edə bilməz və əgər o, seçilsə Kataloniyanın muxtariyyətının ləğvi qüvvədə qalacaq.

“Mən bildirmək istəyirəm ki, Brüsseldə olan bir insanın regional hökümətin prezidenti seçilməsi mümkün deyil, çünki həmin şəxs bura gəlib and içməlidir və bunu Brüsseldən edə bilməz. Əgər bunu etməsə, 155-ci maddə qüvvəyə minəcək. Bu mən dediyim üçün baş verməyəcək, sadəcə olaraq həmin gün Senatda qəbul olan qərarda bildirilir ki, Kataloniya seçkilərindən sonra yeni prezident and içənədək, 155-ci maddə qüvvədə qalmaldır,” deyə Rahoy bildirib.

Müstəqillik hərəkatının digər liderləri İspaniya daxilində ya həbsdə ya da sürgündədir.

Çərşənbə axşamı minlərlə etirazçı Barselonada nümayiş keçirərək Hordi Sançez və Hordi Kuiksarın azadlığa buraxılmasına çağırıb. Onlar Kataloniya vətəndaş təşkilatlarının liderləridir və qiyama çağırış ittihamları ilə həbs olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG