Accessibility links

Hə, ya yox?: Kataloniya prezidenti ciddi bir qərar qarşısındadır


Kataloniya prezidenti ciddi bir qərar qarşısındadır. Qərar İspaniyanın separatçı hərəkatının kursunu müəyyən edəcək.

İspaniya hökuməti Çarlz Puiqdemonta bazar ertəsinədək möhlət verib.

Əgər Puigdemont Kataloniyanın müstəqilliyini elan etdiyini təsdiqləsə, Rahoy bir neçə gün ərzində İspaniya konstitusiyasının 155-ci maddəsindən isitfadə edərək, Kataloniyanın yarı-muxtar statusunu ləğv edəcək və region üzərində birbaşa nəzarətini elan edəcək.

Katalanların əksəriyyəti oktyabrın 1-də keçirilən referendumda İspaniyadan ayrılmaq lehinə səs verib. Puigdemont çərşənbə axşamı regionun parlamenti önündə etdiyi çıxışında Kataloniyanın müstəqilliyini elan edib, lakin separatçılar ilə Madrid höküməti arasında danışıqların aparılmasına imkan yaratmaq üçün müstəqilliyin həyata keçirilməsini bir neçə həftə təxirə salıb.

Bunun İspaniyaya təsirləri böyük olacaq. Kataloniya ayrılsa, ölkə iqtisadi məhsulunun beşdə birini, ixraclarının isə 25 faizini itirə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG