Bu gün Kataloniyada referendum keçirilir.
İspaniyada polislə seçicilər arasında qarşıdurma zamanı 460-dan çox insan yaralanıb. Polis insanlara qarşı rezin gülllərdən istifadə edib.
İspaniya rəsmiləri Kataloniya ərazisinin müstəqilliyi ilə nəticələnə biləcək referendumdan öncə seçki mətqələrini möhürlüyib və bülletenləri müsadirə edib.
İspaniya höküməti bildirib ki, regional hökümətin hazırlıq işləri görməsinə baxmayaraq, Kataloniyada bazar gününə planlaşdırılmış müstəqillik səsverməsi olmayacaq.
Katalan rəsmiləri deyiblər ki, İspaniya mərkəzi hökümətinin atdığı addımlara baxmayaraq, səsvermə baş tutacaq.
Rəsmi Madrid referendumu fars kimi qiymətləndirərək, səsverməni qeyri-qanuni adlandırıb.
Referendumun nəticələrini seçkidən sonra 48 saat ərzində elan ediləcək.