Accessibility links

Kataloniyanın siyasi liderləri Belçikaya qaçıb [Video]


İspaniyanın baş prokuroru Kataloniyanın siyasi liderlərinə qarşı üsyan və qiyama çağırış ittihamları irəli sürüb. Bu ittiham nəticəsində onlar 30 il müddətinə azadlıqdan məhrum oluna bilər. Bazar ertəsi mediada yer alan xəbərlərə görə, regionun keçmiş prezidenti Karlec Puicdemont Madridin istefaya göndərdiyi digər nazirlərlə birlikdə Belçikaya gedib. Onların orada sığınacaq tələb edəcəyi gözlənilir.

Kataloniyanın keçmiş ərazi məsələləri üzrə naziri bazar ertəsi səhər işə çıxıb və vəzifələrini icra etməyə davam edəcəyini vəd edib.

Məncə bu addım əks təsir yaradacq, çünki bu, onun həbs edilmək şansını artırır. Lakin bəziləri deyir ki, onların istədikləri də məhz budur. Onlar cəfakeş olmaq istəyir.
Luis Kornaqo

Lakin qısa müddət sonra o, polisin müşayiəti və müstəqillik tərəfdarlarının alqışları altında binanı tərk edib.

O, mümkün həbslə üzləşən bir çox Kataloniya liderindən biridir. Bazar ertəsi İspaniyanın baş prokuroru keçmiş Kataloniya hökümətinin liderlərinə qarşı ittiham irəli sürəcəyini bildirib.

“Kataloniyanın regional hakimiyyətinin əsas siyasi liderlərinə qarşı üsyan, qiyama çağırış, mənimsəmə ittihamları sürülb. Onlar son illərdə verdikləri qərarlar və atdıqları addımlar ilə beynəlxalq böhranan səbəb olub”, deyə baş prokuror Hose Manuel Maza bildirib.

Həmin ittihamlarla maksimum 30 il müddətinə həbs cəzası nəzərdə tutulur. İndi artıq hakim prokurorun tələbini nəzərdən keçirəcək.

İttihamlarla üzləşən Kataloniyanın keçmiş prezidenti Karles Puicdemont köhnə kabinet üzvləri ilə birlikdə Belçikaya qaçıb. Siyasi bloger Luis Kornaqo deyir ki, Madrid onun hərəkət edə bilməsini məhdudlaşdırmağa cəhd edə bilər.

“Məncə bu addım əks təsir yaradacq, çünki bu, onun həbs edilmək şansını artırır. Lakin bəziləri deyir ki, onların istədikləri də məhz budur. Onlar cəfakeş olmaq istəyir”, Kornaqo deyir.

Puicdemotun partiyasının rəsmiləri İspaniya hökümətinin böhrana cavab olaraq dekabrda keçirəcəyi regional seçkilərdə iştirak etmək istədiklərini bildirib.

“Biz Kataloniya institutlarını yox etmək cəhdinə qarşı mübarizə aparacağıq”, Kataloniyanın Demokratik Partiyasından Marta Paskal bildirir.

Kornaqo deyir ki, bu seçkilərin böhranı aradan qaldırmaq ehtimalı çox azdır.

“Məncə Kataloniya höküməti ilə İspaniya höküməti arasında danışıqlar olmalıdır. Əgər nəticə eyni olsa və Kataloniyanın müstəqillik tərəfdarı partiyaları 2015-ci ildə olduğu kimi parlamentdə çoxluq təşkil etsə - vəziyyət çətin olacaq”, Kornaqo deyir.

Müstəqillik tərəfdarları ilə rəqib birlik tərəfdarları son günlərdə böyük nümayişlər həyata keçirib və bu, katalanlar ilə İspaniya cəmiyyəti arasında dərin bölgülərin yaranmasına səbəb olub.

Həftənin başlaması ilə nisbi sakitlik yaranıb. İspaniya höküməti sülhün bərqərar olunması üçün Kataloniya polisinə arxalanır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG