Accessibility links

Katalanlar Madridlə davam edən gərginlikdən narahatdırlar [Video]


Katalanlar Madridlə davam edən gərginlikdən narahatdırlar
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Katalanlar Madridlə davam edən gərginlikdən narahatdırlar

Kataloniyanın müstəqillik tərəfdarları bölgədəki ağıryüklü təhlükəsizlik qüvvələrinin vəziyyətindən narazılıqlarını ifadə etmək üçün nümayış keçiriblər.

Müstəqilliyin əleyhinə olan insanlar da həmçinin milli hökümətə dəstəklərini nümayiş etdirmək məqsədilə küçələrdə yürüş ediblər.

Təhlükəsizlik qüvvələri oktyabrın 1-də keçirilən referendumdan sonra belə ərazini tərk etməyiblər. İspaniyanın yerli hakimiyyət orqanları adətən bərə kimi istifadə olunan üç gəmi vasitəsilə Katalan sahillərinə əlavə qoşunları yerləşdirib. Sakinlərin əksəriyyəti burada xeyli əsgərin olmasını xoşagəlməz hal kimi qiymətləndirir.

İspaniyanın Konstitusiya Məhkəməsi Katalan liderlərin müstəqilliklərini elan etməyi planlaşdırdığı parlament iclasını ləğv edib. İspaniyanın iqtidar partiyasından olan Katalan millət vəkili regional liderləri qərara riayət etməyə çağırıb.

Katalanların separatçı lideri Çarlz Puqdemont höküməti dialoqa çağırsa da bazar ertəsi günü planlaşdırılan parlament sessiyasını ləğv etməyib. Onun sözlərinə görə, Madrid tərəfindən olunan bu cür təzyiq onun tərəfinə daha çox tərəfdar gətirir.

Lakin bir çox Katalanlar bu çətin vəziyyətin sülh yolu ilə həll olunmasını istəyir.

Barselonanın bələdiyyə rəisi isə Avropa İttifaqından bu dialoqa qoşulmasını və danışıqlara kömək etməyini istəyib.

XS
SM
MD
LG