Accessibility links

Kataloniya regionunda parlament seçkiləri keçirilir


Barselonada prezident seçkiləri keçirilir. Barselona, İspaniya, 21 dekabr, 2017.

Seperatçı millət vəkillərinin oktyabr ayında Kataloniyanın birtərəfli şəkildə müstəqilliyini elan etməsindən sonra Barselonada regional parlament seçkiləri keçirilir.

Seçki öncəsi keçirilən rəy sorğuları həm birlik, həm də müstəqillik tərəfdarı partiyalarının şansının bərabər olduğunu göstərib.

Heç bir partiyanın əksəriyyət əldə edəcəyi gözlənilmədiyi üçün regional hökümətə rəhbərlik etmək üçün koalisiya qurulmasına ehtiyac ola bilər.

Səsvermə hüququna malik 5.5 milyon insan qeydiyyatdan keçirilib.

İspaniya mərkəzi höküməti ölkənin şimalında yerləşən zəngin muxtar bölgəyə nəzarəti oktyabrın 27-sində Barselona parlamentinin müstəqillik lehinə qərar verməsindən sonra ələ keçirmişdi.

Oktyabr ayının birində keçirilən referendumda isə Katalon əhalinin 90 faizi regionun müstəqiliyi üçün səs vermişdi.

Seçkilərdən sonra seperatçı siyasətçilərin bir çoxu həbs edilmiş, inqilab təşkil etməkdə günahlandırılan regional hökümət başçısı Karlos Puçdemon isə həbsdən yayınmaq üçün Belçikaya qaçmağa məcbur olmuşdu.

Ləğv olunmuş regional rəhbərliyin 8 üzvü azad edilsə də, digər iki aktivist hələ də həbsdədir.

XS
SM
MD
LG