Accessibility links

Kataloniyada tarix təkrarlanır [Video]


Kataloniyada tarix təkrarlanır
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Kataloniyada tarix təkrarlanır

Barselonanın qəlbində İspaniyanın qaranlıq keçmişini xatırladan bir abidə var. General Fransisko Frankonun 40 illik diktaturası dövründə La Modelo həbsxanasında siyasi məhbuslar saxlanılırdı. Bu divarların içərisində mindən çox siyasi məhbus edam edilib.

1939-cu ildə Frankonun ordusu tərəfindən məğlub edilən Barselona İspaniya vətəndaş müharibəsində respublikaçı müqavimətinin son qalası idi. Məğlubiyyətdən sonra onların bir çoxu məqsəqləri uğrunda mübarizə davam etdirmək üçün yeraltına çəkilməyə məcbur oldu.

1975-ci ildə tutularaq həbs olunan Felipe Moreno da onlardan biri idi. Morenonun sözlərinə görə, İspaniya tərəfindən Katalaniya müstəqilliyi liderlərinin təqib və həbs olunmas Franko dövründəki təzyiqlərin əks-sədasıdır.

"Düşünün ki, indiki dövrdə belə sizi siyasi düşüncələrinizə görə həbs edə bilərlər. Hökümət deyir ki, bizim siyasi məhbusumuz yoxdur. Franko dövründə də eyni şeyi deyirdilər. Biz rejimin düşməni idik və bizi terrorizmdə günahlandırırdılar.” - deyə, Felipo Moreno bildirib.

Vilasar kəndində insanlar az qala bütün bütün ağacların budaqlarına sarı lentlər bağlayaraq Kataloniyanın həbs edilmiş müstəqillik liderlərinə simvolik olaraq dəstək olmaq istəyirlər.

Bələdiyyə sədri Xavier Qodas Vilasarda kampaniyasını əsas öncüllərindəndir. Onun babaları da Kataloniya üçün General Franko qoşunlarına qarşı mübarizə aparan insanlardan olub. Xavier Qodas bildirib ki, o müstəqillik mübarizəsinin arxasında duran tarixi əhəmiyyətin fərqindədir.

“Biz hökmranlığa qarşı mübarizə aparmaqla respublika azadlığının alovunu sönməyə qoymuruq. Bu mübarizənin kökü 40 illik diktaturaya qarşı savaşdan daha artıqdır. Təkcə milli motivlərə görə deyil, demokratiya prinsiplərini müdafiə edən nəsillərdən nəsillərə ötürülən mübarizədir.” - deyə, Xavier Qodas bildirib.

Qodas hələ də öz ofisində oktyabr ayında keçirilmiş referendumun seçki sandıqlarını saxlayır. Həmin seçkidə yerli sakinlərin orta hesabla 10-undan 9-u müstəqllik lehinə səs vermişdi.

Çümə axşamı kalatanlar yenidən, lakin bu dəfə rəsmi Madridin icazə verdiyi regional parlament seçikilərində iştirak etmək üçün məntəqələrə üz tutacaq. Seçkinin nəticəsinin əvvəlki referendum qədər dəqiq olması gözlənilməsə də Qodas bildirib ki, nəticənin nə olmasından asılı olmayaraq onlar İspaniyanın tərkibindən çıxmaq üçün mübarizələrini davam etdirəcəklər.

XS
SM
MD
LG