Accessibility links

Katarakt əməliyyatı edən mini robot [Video]


Katarakt əməliyyatı edən mini robot
please wait

No media source currently available

0:00 0:01:37 0:00

Katarakt əməliyyatı edən mini robot

Robotik cərrahiyə pontensialı bütün əməliyyatların insan müdaxiləsi olmadan bədənin üzərində gəzib hər cür prosedura hazır kiçik robotlar tərəfindən həyata keçirilməsi demək olacaq. Amma hələ ki, iki kiçik 1,8 millmetr diametri olan pinsentlə təchiz olunmuş yeni mexaniki robot mövcuddur. Bu robot göz əməliyyatlarını hətta insan əlindən daha dəqiq həyata keçirəcək qədər incədir.

Da Vinci kimi robot sistemləri gözəl işlər görürlər - onlar uşaqlıq və prostatın çıxarılması kimi nisbətən asan əməliyyatlar həyata keçirirlər.

Katarakt əməliyyatının ən çətin tərəfi sındırmadan göz büllurunun kapsuluna yaxınlaşmaqdır. Yəni hazırda bu, əməliyyatın ən həssas hissəsidir. Amma əmliyyatdaxili təlim və kameralarla birlikə robotun və büllurun harada olduğunu görmək mükündür.
Kris Vaqner

Göz əməliyyatı, əsasən də katarakt əmliyyatı isə daha çətin və incə işdir.

Bunun üçün də artıq AXSIS-dən istifadə olunur.

“Katarakt əməliyyatının ən çətin tərəfi sındırmadan göz büllurunun kapsuluna yaxınlaşmaqdır. Yəni hazırda bu, əməliyyatın ən həssas hissəsidir. Amma əmliyyatdaxili təlim və kameralarla birlikə robotun və büllurun harada olduğunu görmək mükündür,” Kembric Məsləhətçilərindən Kris Vaqner bildirir.

Vaqner deyir ki, AXSIS sistemi unikaldır, çünki onun hərəkət etməsini təmin edən hissələr cihazın içindədir.

“Ənənəvi cərrahi robotlar uzun düz alətin üzərində hərəkət edib, əməliyyatı ling nöqtəsinin ətrafında həyata keçirməlidir. Amma bu cihazda bütün hissələr cihazın içinə yerləşdirilib, yəni cihazın xaricində heç nə tərpənmir, sənin diqqət yetriməli olduğun və ya başqa bir robota dəyə biləcək heç bir qol da yoxdur", Vaqner deyir.

Tənqidçilər deyir ki, katarakt əməliyyatı nisbətən adi bir əmliyyatdır və AXSIS sistemi mövcud olmayan bir problemə çarə ola bilər, amma robotik cərrahiyyəni kiçiltmək bu prosesin gələcəyi üçün böyük nəticələr verə bilər.

“Fikrimcə, gözün üzərində 1,8 millimetrlik robotun əməliyyat aparması ümidvericidir. Bu, daha öncə mümkün olmayan bir sıra müxtəlif prosedurlara yol açır.”

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG