Accessibility links

Rusiyanın başçılıq etdiyi Hərbi Alyansın Qazaxıstandan çıxışı başa çatıb


Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarının Qazaxıstandan çıxarılması başa çatıb. Qoşunlar yanvarın əvvəlində ölkədə yanacaq qiymətlərinin artmasına görə başlayan etirazların yatırılması üçün Prezident Kasım-Jomart Tokayevin xahişi ilə Qazaxıstana göndərilmişdi.

Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin və KTMT-nin ölkədəki missiyasına rəhbərlik edən general Andrey Serdyukov yanvarın 19-da bildiriblər ki, “sülhməramlı əməliyyat” başa çatıb və “bütün” qoşunlar Orta Asiya ölkəsini tərk edib.

Əvvəlcə Janaozen şəhərində kiçik etirazla başlayıb daha sonra bütün ölkəyə və ən böyük şəhər - Almatıya yayılan iğtişaşların yatırılması üçün Rusiya, Ermənistan, Qırğızıstan və Tacikstandan qoşunlar Qazaxıstana göndərilmişdi.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev o zaman bildirmişdi ki, “xaricdə təlim keçmiş 20 min terrorçu” Almatıya hücum edib və vəziyyəti “sabitləşdirmək” üçün KTMT-yə üzv ölkələrin qoşunlarını ölkəyə dəvət edib.

Lakin Tokayev “terrorçuların” ölkədə olması və ya etirazları qızışdırması ilə bağlı heç bir sübut göstərməyib.

Qazaxıstan rəsmiləri etirazlar zamanı 227 nəfərin, o cümlədən 19 hüquq-mühafizə orqanları əməkdaşının həlak olduğunu xəbər verib.

Lakin hüquq müdafiəçiləri deyirlər ki, iğtişaşlardan sonra çox sayda insanın itkin düşməsi səbəbindən ölənlərin sayı daha çox ola bilər.

Digər tərəfdən mühacirətdə olan müxalif siyasətçi Muxtar Ablyazov Qazaxıstan vətəndaşlarını yanvarın 19-da Almatı və digər şəhər və bölgələrdə etiraz aksiyaları keçirməyə çağırdığı üçün hakimiyyət şəhərdə təhlükəsizliyi gücləndirib, küçələrdə polislərin sayını artırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG