Accessibility links

Qazaxıstan prezidenti orduya "xəbərdarlıq etmədən" atəş açmaq əmri verdi


Qazaxıstan prezidenti cümə günü televiziya ilə çıxışında hökumət əleyhinə etirazlara son qoymaq üçün ölkənin təhlükəsizlik qüvvələrinə "xəbərdarlıq etmədən" atəş açmağa icazə verdiyini bildirib.

Prezident Qasım Jomərt Tokayev “cinayətkarlar və qatillər” adlandırdığı etirazçılarla danışıqlar aparmağın “axmaqlıq” olduğunu deyib.

Qazaxıstan liderinin dediyinə görə, Rusiya sülhməramlıları onun xahişi ilə müvəqqəti olaraq ölkədə təhlükəsizliyin təmin edilməsi üçün gətirilib.

Cümə günü səhər verdiyi bəyanatında prezident bildirib ki, bir həftə davam edən iğtişaşlardan sonra Orta Asiya ölkəsində konstitusion nizam əsasən bərpa olunub.

Qazaxıstan prezidentinin iğtişaşları yatırtmaq üçün ölkəyə dəvət etdiyi rus qüvvələri Qazaxıstan aeroportunda Rusiya hərbi təyyarəsindən düşür. 6 yanvar, 2022.
Qazaxıstan prezidentinin iğtişaşları yatırtmaq üçün ölkəyə dəvət etdiyi rus qüvvələri Qazaxıstan aeroportunda Rusiya hərbi təyyarəsindən düşür. 6 yanvar, 2022.

Yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir. Amma terrorçular hələ də silahdan istifadə edir və vətəndaşların əmlakına ziyan vurur. Buna görə də, terrorçular tamamilə məhv edilənə qədər onlarla mübarizə tədbirləri davam etdirilməlidir,” prezidentin bəyanatında bildirilir.

Reuters xəbər agentliyi cümə günü səhər ölkənin ən böyük şəhəri Almatıda hələ də atəş səsləri eşidildiyini bildirib.

Qazaxıstan Daxili İşlər Nazirliyinin cümə günü verdiyi açıqlamasında bildirib ki, 26 “silahlı cinayətkar” öldürülüb, 3,000-dən çoxu həbs edilib. Nazirlik eləcə də etirazlar başlayandan bəri 18 polis və milli qvardiya əməkdaşının öldürüldüyünü bildirib.

Nümayişlər keçən həftənin sonlarında ölkənin qərb bölgəsində yanacağın qiymətinin iki dəfə artırılmasına etiraz olaraq başlayıb. Lakin bəzi siyasi müşahidəçilərin fikrincə aksiyaların miqyası və sürətlə yayılması 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazanandan bəri eyni partiyanın hakimiyyəti altında olan ölkədə daha geniş narazılığı əks etdirir.

İğtişaş polisi etirazçıların mərkəzi meydana daxil olmasının qarşısını alır. Almatı, Qazaxıstan. 5 yanvar, 2022.
İğtişaş polisi etirazçıların mərkəzi meydana daxil olmasının qarşısını alır. Almatı, Qazaxıstan. 5 yanvar, 2022.

Xəbər kanalının Almatı küçələrində çəkdiyi videoda təhlükəsizlik qüvvələrinin bəzilərinin zirehli maşınlarda şəhərin Respublika Meydanına toplaşan etirazçılara dəfələrlə atəş açdığını görmək olub. Etirazçı qruplardan birinin nümayəndəsi Azad Avropa/Azadlıq Radiosunameydandakı insanların əksəriyyətinin silahsız olduğunu bildirib.

Rusiyanın TASS xəbər agentliyinin bildirdiyinə görə, cümə axşamı gecə saatlarında mərkəzi meydan etirazçılardan təmizlənib, lakin ara-sıra atışmalar davam edib. Reuters və Associated Press xəbər agentlikləri də ara-sıra atışmaların olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG