Accessibility links

Qazaxıstanda hələ də 1000 nəfər kütləvi etirazlarla əlaqədar həbsdədir


Qazaxıstan rəsmiləri bildirib ki, bu ayın əvvəlində kütləvi iğtişaşlarda əlaqədar 460-dan çox insan terror və ictimai iğtişaşa səbəb olmaq ittihamları ilə həbs edilib.

Baş Prokuroluğun sözçüsü Eldos Kilimcanov yanarın 22-də bildirib ki, əlavə 500 nəfər də oğurluq, asayişi pozmaq və silaha sahib olmaq kimi daha yüngül ittihamlarla həbs olunub.

O əlavə edib ki, saxlanılanlardan 73-ü yaralanıb. Onlar arasında 29 nəfər “güllə yarası alıb.”

Saxlanılandan və daha sonra sərbəts buraxılan bir neçə nəfər işgəncə gördüklərini iddia edib.

Bu ayın əvvəli Rusiyanın başçılıq etdiyi qüvvələr yanacaq qiymətlərinin artımına etiraz olaraq başlayan kütləvi iğtişaşları yatırmaq üçün Qazaxıstana çağırılmışdı.

Hökumət zorakılıqlara görə beynəlxalq terror hücələrini günahlandırıb, təhlilçilər isə bunun Prezident Qasım-Jomart Toqayev ilə Prezident Nursultan Nazarbayevə sadiq elitalar arasında hakimiyyət uğrunda mübarizənin nəticəsi olduğunu deyir.

Nazarbayevin qohumları o zamandan bəri korporasiyalar və hökumətdəki vəzifələrindən çıxarılıblar.

Moskvanın başçılıq eetdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının göndərdiyi 2000-dən çox qoşun yanvarın 9-da ölkədən çıxıb.

XS
SM
MD
LG