Accessibility links

Tokayev KTMT-nin Qazaxıstandakı missiyasının başa çatdığını açıqlayıb. Qoşunların çıxarılması yanvarın 13-dən başlayacaq


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkədə əsas missiyasının başa çatdığını elan edib. Onun sözlərinə görə, qoşunların çıxarılması yanvarın 13-dən başlayacaq. Bu haqda Zakon.kz məlumat verir.

"KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb. İki gündən sonra KTMT-nin birləşmiş sülhməramlı kontingentinin mərhələli şəkildə çıxarılmasına başlanılacaq. Kontingentin çıxarılması prosesi 10 gündən çox olmayacaq" – deyə, Qazaxıstan rəhbəri bildirib.

Tokayevin sözlərinə görə, Qazaxıstanın bütün regionlarında vəziyyət “sabitdir”. O, çıxışı zamanı bir daha vurğulayıb ki, ölkə Almatıda öz gücünü göstərə bilən “terrorçular və əcnəbi döyüşçülərin” hücumuna məruz qalıb. O, şəhərin bərpasını özünün “şəxsi məsuliyyəti” adlandırıb.

Qazaxıstan prezidenti hüquq-mühafizə sistemində islahatların aparılacağını, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın xüsusi təyinatlılarının sayının artırılmasını, hərbi texnikanın, müdafiə və hücum vasitələrinin sayını artıracağını vəd edib. O həmçinin təhlükəsizlik qüvvələrinə hücuma görə məsuliyyətin sərtləşdirilməsini qeyd edib.

İqtisadi islahatlardan danışan Tokayev qeyd edib: “Qazaxıstanın İnkişaf Bankı elitanın şəxsi bankına çevrilib”. O, hökumət üzvlərinin, deputatların və akimlərin (yerli administrasiyaların rəhbərlərinin) maaşlarının artırılmasına 5 illik moratorium elan edib. Qazaxıstan rəhbəri bülletenlərə “hamıya qarşı” qrafasını qaytaracağına söz verib. O bildirib ki, sentyabrda xalqa müraciəti zamanı ölkədə yeni siyasi islahatlar paketini təqdim edəcək.

Yanvarın 10-da KTMT-nin onlayn sammiti zamanı Tokayev ölkədə baş verən son hadisələri “terrorçuların, o cümlədən xaricilərin” iştirakı ilə “dövlət çevrilişinə cəhd” adlandırıb. Rusiya prezidenti Vladimir Putin isə Qazaxıstanda “Maydan texnologiyaları”ndan və “terrorçuların xaricdəki düşərgələrində təlim keçmiş yaraqlılardan” istifadə edildiyini bildirib.

Qazaxıstanda yanvarın 2-də maye qazın qiymətinin artırılması ilə bağlı kütləvi etiraz aksiyaları başlayıb. Bu, tədricən bütün ölkəni əhatə edib. Qazaxıstan hakimiyyəti bildirib ki, xaricdə təlim keçən “20 min terrorçu” Almatıya hücum edib, bununla bağlı kömək üçün Tokayev xahişlə KTMT blokuna müraciət edib. KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Qazaxıstan prezidenti məlumat verib ki, ölkədə 2300 KTMT sülhməramlısı və 250 texnika yerləşdirilib. KTMT-nin baş katibi Stanislav Zas xarici qoşunların yerləşdirildiyi yerlərin adlarını açıqlayıb: Nur-Sultan, Almatı, Almatı vilayəti.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG