Accessibility links

Gürcüstan prezidenti Azərbaycan alpinistləri ilə Kazbekə qalxıb


Gürcüstan prezidenti Azərbaycan alpinistləri ilə Kazbekə qalxıb
Keçən həftə Azərbaycan Alpinizm Federasiyasının bir qrup üzvü Qafqazın ən yüksək zirvələrindən birini – Kazbeki (5033 m) fəth etmək məqsədilə qonşu Gürcüstana, ekspedisiyaya yola düşüb.

Fəth uğurlu keçib.Bu barədə Amerikanın Səsinə Azərbaycan Alpinizm Federasiyasından bildiriblər.

Məlumata görə, zirvənin ətəyində alpinistlərimiz Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüblər.

O, Rusiya prezidentinin keçmiş müşaviri Andrey İllarionovla birgə dağı fəth edib.
Alpinistlər bu əlamətdar hadisəni fotoşəkillə əbədiləşdiriblər.
XS
SM
MD
LG