Accessibility links

Kerri: ABŞ İŞİD-ə qarşı mübarizə aparır, Suriyada vətəndaş müharibəsinə müdaxilə etmir


ABŞ Dövlət katibi Con keri deyib ki, prezident Barak Obamanın İslam Dövləti qrupunun yaraqlılarına qarşı mübarizə məqsədilə Suriyaya xüsusi təyinatlı qüvvələr göndərməsi qərarı Birləşmiş Ştatların Suriyada müharibəyə müdaxilə etməsi demək deyil.

Prezident Obamanın Amerika əsgəri qüvvəsinin yerləşdirilməsi qərarına yüksək qiymət verən Con Kerri deyib ki, ABŞ-ın siyasəti aydındır: İslam Dövləti qrupunu məğlub etmək. O, ABŞ-ın Suriyada bundan sonra daha fəal iştirakını istisna etməsə də, gələcəklə bağlı proqnoz vermək istəmədiyini deyib.

Dövlət katibi Con Kerri bu açıqlamaları şənbə günü Mərkəzi Asiya ölkələrinə beş günlük səfərinin ilk dayanacağı olan Qırğızıstan paytaxtı Bişkekdə verib.

Ağ Ev prezident Barak Obamanın İslam Dövləti qrupunun yaraqlılarına qarşı döyüşən müxalif qüvvələrə kömək məqsədilə xüsusi təyinatlı qüvvələrin 50 üzvünü Suriyanın şimalına göndərmək qərarı verdiyini bəyan edib. Bu, Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan qısa reydlər və xüsusi əməliyyatlar istisna olmaqla Suriyanın özündə yerləşdirilmiş ilk Amerika quru qüvvələridir.

XS
SM
MD
LG