Londonda yerləşən Vestminster kilsəsi bir neçə əsr öncə tikilsə də, onun tavanları müasir dövrdə göydələnlərin dayaqları hesab olunan beton və polad olmadan bu günə qədər möhkəmliyini qoruyub saxlayıb.
İsveçrə mühəndisləri qədim zamanlarda bina quruluşlarının möhkəmliyini təmin edən və sənət əsəri hesab olunan texnikalardan istifadə edirlər.
“Biz tamamilə unutmuşuq ki, hətta zəif materiallarla belə düzgün həndəsi yolla düzülüş tikintinin möhkəmliyi təmin edilə bilər. Usta memarlar bunu necə etmək lazım olduğunu gözəl bilirdilər. Onların inşa etdikləri nəhəng tikintilər 500 il möhkəm qala biliblər. Bu, bizi heyran edir.”
3D printerlə hazırlanmış bu döşəmə hissələri hörümçək toru kimi incə görünür. Amma yaradıcılar deyirlər ki, onun təmin etdiyi təhlükəsizlik şəhərdə gördüyümüz tikintilərdən geri qalmır.
“Bu itirilmiş memarlıq texnikalarına qayıtmaq, araşdırmaların nəticələrinə əsasən onların təhlükəsiz olduğunu və ənənəvi tikinti materiallarından 70 faiz daha yüngül olduğunu nümayiş etdirməyin vacibliyi məndə heç bir şübhə doğurmur. Buna görə də, bu texnikaya belə maraq var. Axı sən eyni binanı 70 faiz daha yüngül edə bilərsən.”
Blok deyir ki, onun işini qeyri-adi edən başqa məqam da odur ki, o çoxlu sayda itirilmiş sənət nümunələrini tapa bilir.
“Biz qotik kilsələrin dayanıqlı olmasına təəccüblənmirik. Amma, indiki mühəndislər tikintilərin nə üçün möhkəm olduğunu və hələ nə qədər möhkəm qalacağını nümayiş etdirə bilmirlər. Biz həmin bilikəri geri qaytarmaq niyyətindəyik. Burada apardığımız araşdırmalar bizə irsimizi, keçmişinizi anlamağa və gələcək üçün daha yaxşı tikintilər inşa etməyimizə yardımçı olacaq.”
Bu texnika müxtəlif memarlıq festivallarında mühəndislərin diqqətində olur. Növbəti il onlar artıq bu texnikanın köməkliyi ilə Sürixdə bina tikməyə başlayacaqlar.