Accessibility links

Piyada keçidi uçuran kranın sürücüsü saxlanılıb


Piyada keçidi uçuran kranın sürücüsü saxlanılıb
Piyada keçidi uçuran kranın sürücüsü saxlanılıb

Faktla bağlı yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi ilə cinayət işi açılıb

İyunun 2-də axşam Bakı-Salyan yolunda Şıx çimərliyi ərazisində yerüstü piyada keçidi uçuran kranın sürücüsü saxlanılıb.

Səbail rayon polis idarəsindən Amerikanın səsinə verilən məlumata görə sürücü Tofiq Balabəyovun idarə etdiyi “MAZ” markalı yük qaldırıcı kran piyada körpüsünü dağıdıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.

Yüksək sürətlə hərəkət edən qaldırıcı kran hələ istifadəyə verilməmiş keçidə çırpılıb. Keçid “MAN” (99-JK-467) markalı yük avtomobilinin üzərinə aşıb. Sürücü İlkin Hüseynov ağır beyin-kəllə xəsarəti ilə şəhər kliniki xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Bir sıra yerli media daha 6 nəfərin xəsarət aldığını yazır.
XS
SM
MD
LG