Accessibility links

R.Kelli seks alverində günahkar bilinib


Ən çox “I Believe I Can Fly” (İnanıram ki, uça bilərəm) mahnısı ilə tanınan amerikalı super ulduz R&B müğənnisi R. Kelli gənc qadınlar və uşaqlarla çoxsaylı xoşagəlməz davranışlar iddiası ilə onilliklər boyu cinayət məsuliyyətindən yayındıqdan sonra seks alveri iddiası ilə məhkum edilib.

Yeddi kişi və beş qadından ibarət münsiflər heyəti dinləmənin ikinci günündə Kellini reketlikdə günahkar bilib. Kelli hərəkətsiz qalıb; hökmün elanına baxanda gözləri endirib. İttiham müğənninin qızlarla tanış olmasına kömək edən menecerlərin və köməkçilərin yoldaşlarının cinayətkar bir qruplaşma olduğu iddiasına əsaslanırdı. Kellinin vəkili apellyasiya şikayəti verməyi planlaşdırır.

"Əlbəttə ki, cənab Kelli məyusdur. O, bu hökmü gözləmirdi, dəlillərə əsaslanaraq niyə bu hökmü gözləməlidir? Burada dediklərinin üç, dörd, beş fərqli versiyasını irəli sürən şahidlərin ardınca şahid gördünüz” - deyə, Kellinin vəkili Devero Kannik bildirib.

"R. Kellinin sağ qalmağı" adlı filmin işinin #MeToo dövrünün simvolu olmasına kömək etməyənə və qaradərili qadın olduqları üçün hekayələrinə əvvəllər məhəl qoyulmadığını düşünən ittihamçılara səs verənə qədər geniş bir ictimai qınaq yox idi.

"#MeToo" hərəkatının qurucusu Tarana Börk Kellinin məhkumluğunun rəngli qadınlara əhəmiyyət verdiyini göstərdiyini deyir.

"Bu, uzun müddətdir davam edir. Yalnız xilas olanlar üçün deyil, təşkilatçılar, fəallar və yazıçılar üçün. Eyniilə uzun müddətdir bu işdə olan və uzun müddət həyəcan təbili çalan çoxlu qaradərili qadın və bəzi müttəfiqlərimiz kimi. Bunu ədalət adlandıra bilsək, bu, həmişə ədalət mühakiməsinin bir yolu deyildi, amma heç olmasa bir şeyə bənzəyir" - deyə, Börk bildirib.

Kelli həmçinin "əxlaqsızlıq məqsədlə" ştat sərhədlərini keçməyi qadağan edən Mann Aktını pozmaqda ittiham olunduğu ağır cinayətlərə görə də məhkum edilib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG