Accessibility links

Kelliann Konvey: Mən seksual təcavüzün qurbanıyam!


ABŞ prezidenti Donald Trampın müşaviri Kelliann Konvey seksual təcavüzün qurbanı olduğunu bəyan edib. O, belə bir təcrübəsi olan qadınların səsinin eşidilməsinin vacibliyini vurğulayıb.

CNN tele-kanalına müsahibəsi zamanı Konvey Ali Məhkəməyə nominasiya edilən Brett Kavanonu müdafiə edərkən, seksual təcavüz və ya zorlanmaya məruz qalan qadınlarla bağlı həssas olduğunu deyib.

"Mən seksual təcavüzün qurbanıyam" - deyə, Konvey etiraf edib. Konvey bildirib ki, bir çox qurbanın qəzəbi Kavanonun respublikaçı tərəfdarlarına lazımı şəkildə çatdırılmayıb.

"Bu, Me hərəkatının görüşü deyil. Bu, partiyanın adi siyasətidir"- o əlavə edib.

Brett Kavano
Brett Kavano

Prezident Trampın nominasiyasını irəli sürdüyü Kavano seksual təcavüzdə ittiham edilir.

Ali Məhkəməyə namizəd Brett Kavano tərəfindən yeniyetmə yaşlarında seksual qısnamaya məruz qaldığını iddia edən qadın ötən həftə Senatın Ədliyyə Komitəsində ifadə verib.

Kristin Bleysi Ford Kavanonun 1982-ci ildə onların hər ikisinin məktəbdə oxuduqları zaman ona təcavüz etməsi barədə danışıb.

"O, əllərini bədənizmə sürtüb, özünü üstümə atdı. Mən kiminsə aşağıda eşidəcəyi ümidi ilə qışqırmağa başladım. Özümü ondan qurtarmağa çalışsam da, çəkisi ağır olduğu üçün bunu edə bilmədim" - deyə, o bildirib.

Kristin Ford
Kristin Ford

Ford deyib ki, Kavano onu soyundurmağa çalışsa da, sərxoş olduğu üçün buna nail olmayıb.

"Mən yardıma çağırmaq istıdikdə ağzımı əli ilə bağlayıb, Bu məni ən çox qorxudan hal idi" , o əlavə edib.

Forddan sonra ifadə verəcək Kavano ittihamları rədd edib.

XS
SM
MD
LG