Rusiya Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycanın Rusiyadakı səfirliyinə verilən ilkin məlumata görə, ticarət mərkəzində yanğında ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Martın 25-də Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın nəticəsində 53 nəfər ölüb, 16 nəfər itkin düşüb. Ölənlərin sayının artacağı bildirilir.
Azərbaycan prezidenti İlham Əliyev Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.